Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

ABŞ müsəlmanları ən zəif yerindən vurur

Sentyabr 07
17:35 2015

ABŞ-ın Yaxın Şərq siyasəti region ölkələri arasında məzhəb savaşlarını qızışdırmağa hesablanıb. Bu baxımdan Vaşinqton İslam dünyasının ən zəif yeri sayılan məzhəb ayrı-seçkiliyindən məharətlə istifadə edir.

“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, Ağ ev regionda təsir dairəsini genişləndirməyə çalışan 3 ölkə – Türkiyə, İran və Səudiyyə Ərəbistanı arasında münasibətləri də gərginləşdirməklə Yaxın Şərqin yekdil sahibinə çevrilmək niyyətindədir.

Yaxın Şərqdə bir çox qanlı hadisələrin müəllifi olan Vaşinqton indiyədək regionda baş tutan bir sıra savaşların aktiv iştirakçısı kimi çıxış edib. Lakin Barak Obamanın 2009-cu ildə Prezident seçilməsilə ABŞ regionu uzaqdan idarə etməklə xaos yaratmaq yolunu seçib. Ağ evin qoşunlarını 2011-ci ildə İraqdan çıxarması və analoji addımı Əfqanıstanda atacağını planlaşdırması yeni siyasətin tərkib hissədir.

Qoşunlarını regiondan çıxaran ABŞ maliyyə yükündən xilas oldu və dünyada sülhməramlı ölkə görüntüsü yaratdı. Lakin İraqdan çıxan Vaşinqton İŞİD terror xəvaric qruplaşmasını özünün “varisi” kimi qoyub getdi. İŞİD terror xəvaric qruplaşmasının İraqda yaranması (2006-cı il) məhz ABŞ-ın bu ölkəni işğal etməsindən (2003-cü il) sonraya təsadüf edib. Maraqlıdır ki, qruplaşmanın İraqda şəhərləri ələ keçirməsi isə ABŞ qoşunlarının İraqı tərk etməsindən 3 il sonra baş verib. İŞİD terror xəvaric qruplaşması həmin il İraqın ikinci ən böyük şəhəri Mosulu işğal etdi.

İŞİD terror xəvaric qruplaşması ABŞ və Misir də daxi olmaqla Fars körfəzi ölkələri tərəfindən terror təşklatı kimi tanınan “Hizbullah”a alternativ kimi yaradılıb. Fəaliyyətini Livanda aparan “Hizbullah” şiə, İraq və Suriyada möhkəmlənən İŞİD terror xəvaric qruplaşması isə sünni məzhəbini təmsil edir. İŞİD terror xəvaric qruplaşmasının 2014-cü ildə Suriyada Bəşşar Əsədə qarşı cəbhə alması, “Hizbullah”ın isə onun yanında yer alması tərəflərin əks qütbdə olduqlarını göstərir.

Bundan başqa Vaşinqton İranla nüvə razılaşmasına nail olmaqla Tehranın bölgədə əl-qolunu açmağa imkan verdi. Bu isə Tehranın Ankara və Ər-Riyadla daha açıq mübarizəyə girəcəyinə şübhə yaratmır. Təsadüfi deyil ki, razılaşmadan sonra İranda dövlət mətbuatı səviyyəsində Türkiyə əleyhinə təbliğat aparıldı və o, İŞİD terror xəvaric qruplaşması ilə əməkdaşlıqda ittiham edildi, hətta bu ölkənin xarici içlər naziri Ankara səfərini təxirə saldı. Bundan başqa, Səudiyyə Ərəbistanında İŞİD terror xəvaric qruplaşmasının şiə məscidlərində terror aktları törətməsi də regionun 3 güclü ölkəsi arasında münasibətləri kəskinləşdirməyə xidmət etdi.

ABŞ-ın yeni Yaxın Şərq siyasəti gah bu, gah da digər ölkənin maraqlarına xidmət edir və ya toxunur. Məsələn, Suriyada quru əməliyyata başlamayan ABŞ Ankara və Ər-Riyad əleyhinə, Tehranın isə lehinə addım atdığı halda, başda Səudiyyə Ərəbistanı olmaqla koalisiya qüvvələrinin Yəməndə husilərə qarşı hava zərbələrinə göz yummaqla bu dəfə Tehranın əleyhinə siyasət yürüdür. Vaşinqtonun ikibaşlı siyasəti bu ölkələri özündən uzaqlaşdırmamaqla regionda onları zəiflətməyə hesablanıb.

ABŞ-ın Yaxın Şərqdə demokratiyanı yaymaq istəməsi iddiaları yalandan baqa bir şey deyil. 2010-cu ildə regionu “ərəb baharı” bürüyəndə ABŞ bunu dəstəkləmədi. Əksinə Misirin demokratik yolla seçilmiş Prezidenti Məhəmməd Mursi hərbi çevrilişlə devriləndə Ağ ev müşahidəçi rolunda qaldı.

ABŞ-ın əsas məqsədi regionun zəngin olduğu neft və qaz daxil olmaqla təbii resurslarına nəzarət etməkdir.

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)

Bu ayə onu göstərir ki, müsəlmanlar birləşməlidir və cərəyanlara və təriqətlərə bölünmək onlara qadağandır. Təəssüf ki, bizlər bu gün müsəlmanların bir-biri ilə ədavətdə olan müxtəlif firqələrə və cərəyanlara bölünməsini müşahidə edirik.

Hər bir təriqətin dini məsələlərin bir çoxuna fərqli yanaşması olduğu halda müsəlmanlar necə birləşə bilərlər? Cavab yuxarıda verilən ayədədir: “Hamınız Allahın ipindən möhkəm yapışın!” Bu necə bir ipdir? Bu ip elə Allahın həqiqi dini – İslamdır. Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun səhabələrinin etiqad etdiyi İslam.

Səhih hədislərin birində rəvayət olunur ki, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümmətinin yetmiş üç qrupa bölünəcəyini, və onların birindən başqa hamısının yanlış yolda olacağını qabaqcadan xəbər vermişdir. Ondan onların kim olması barədə soruşduqda, o “Onlar mənim və səhabələrimin olduğu yol ilə gedənlərdir”. (Əhməd)

İslamdakı cərəyanlar və təriqətlər isə yalnız Uca Allahın kamil və tamamlanmış dininə yeniliklərin gətirilməsi səbəbindən meydana çıxıb, halbuki, İslam özünün ilkin halında olduğu kimi etiqad edilməlidir.
Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə)

Buna görə, məhz bəzi müsəlmanların əsl İslama gətirdiyi yeniliklər müsəlmanların bir hissəsinin ilkin İslama etiqad etməyi tərk etmələrinə xidmət etdi. Müsəlmanlar dərk etməlidir ki, onlar Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun şanlı səhabələrinin etiqad etdiyi həqiqi İslama dönmədikcə heç vaxt öz fikir ayrılıqlarını tərk edə və birləşə bilməyəcəklər.

Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini diləyirik. Amin!

Digər xəbərlər