Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

ABŞ müsəlmanları yoxsullar üçün 3000 qutu hazırlayıb

İyul 11
15:04 2015

ABŞ müsəlmanları ehtiyacı olan şəxslərə yardım məqsədilə ərzaqla dolu 3000 qutu hazırlayıb.

Ramazan ayında Amerika Birləşmiş Ştatlarının ən böyük müsəlman xeyriyyə təşkilatlarından biri ölkənin 20 şəhərində ehtiyacı olanlara yardım kampaniyası başladıb.

“Sələf Xəbər”in xarici mənbələrə istinadən məlumatına görə, müqəddəs ayda yoxsullara paylamaq üçün Phoenix bankına minlərlə ərzaq dolu qutular çatdırılıb.

ABŞ İslam Relief təşkilatının nümayəndəsi Minkailov Jalloh deyir: “Bu ay biz mənəvi baxımdan özümümzü çətinlik çəkən insanların yerinə qoyuruq. Aclıq duyğusunun yaşanması və şəfqət hissinin artması hər bir insanı xeyriyyəçilik addımlarına ilhamlandırır”.

Təşkilat 5-7 nəfərdən ibarət hər bir ailəni iki həftə ərzində təmin edə biləcək 3000 ərzaq qutusu paylayıb.Virciniya ştatı Springfield şəhərindən olan könüllü müsəlmanlar makaron, düyü, lobya, konservləşdirilmiş ət, pendir və xurma kimi ərzaqları qutulara qablaşdırıblar.

Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)
“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər