Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

ABŞ Özbəkistana İŞİD-ə qarşı koalisiyaya qoşulmağı təklif etdi

Avqust 28
19:05 2015

ABŞ Özbəkistana İŞİD terror xəvaric qruplaşmasına qarşı koalisiyaya qoşulmağı təklif edib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya ilə işlər üzrə köməkçisi Deniel Rozenblyum bildirib.

“Biz Özbəkistandan və bir çox digər ölkələrdən İŞİD terror xəvaric qruplaşmasına qarşı koalisiyaya qoşulmağı xahiş etdik. Koalisiya tək hərbi əməliyyatlar deyil, həmçinin İŞİD terror xəvaric qruplaşmasının maliyyələşdirilməsi ilə mübarizə, sərhədlərdən keçmə barədə məlumatların mübadiləsi və s. vəzifələri reallaşdırır”, – deyə Rozenblyum bildirib.

Deniel Rozenblyum Özbəkistan XİN rəhbəri Əbdüləziz Kamilov ilə görüşüb. Görüşdə bir sıra beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılıb. Görüşdə xüsusi diqqət Əfqanıstandakı vəziyyətə və hərbi-texniki əməkdaşlığın inkişafı ilə bağlı məsələlərə yetirilib.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər