Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

ABŞ Quru Qoşunları Komandanı: İraq parçalanmalıdır

Avqust 14
16:02 2015

Yaxın Şərqdə “parçala hökmranlıq et” taktikasını tətbiq edən ABŞ-ın Quru Qoşunları Komandanı Odierno İraq probleminin yeganə həllini ölkənin parçalanması ola biləcəyini deyib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, ABŞ Quru Qoşunları Komandiri Ray Odierno İraqda şiələr ilə sünnilər arasında ortaq məxrəcə gəlməyin çox çətin olduğunu və yeganə həllin parçalanma ola biləcəyini iddia edib.

ABŞ Müdafiə Nazirliyində (Pentaqon) mətbuat konfransı keçirən ABŞ-lı general, parçalanma barədə qərarın regiona, siyasətçilərə və diplomatlara aid olduğunu qeyd edərək və söylədiklərinin bir ehtimal olduğunu vurğulayıb.

Sünnilərlə şiələr arasında sülhün çətinləşdiyini iddia edən Odierno İraqın bölünməsinin tərəfdarı olduğunu da gizlətməyib.

ABŞ-ın bu mərhələdə İŞİD terror xəvaric qruplaşması məsələsini həll etməli olduğunu deyən general, bundan sonra İraqın gələcəyi ilə bağlı qərar verməyin lazımlı olduğunu bildirib.

Odierno İŞİD terror xəvaric qruplaşması ilə müharibənin sakit şəkildə seyr etdiyini vurğulayaraq, sonuc əldə edilə bilməyincə, ABŞ-ın quru qoşunlarını da İraqa yeridə biləcəyini istisna etməyib.

“Əsgərlərimizin İraqda müharibə edəcəyini demirəm. Onlar İraq ordusunu öyrədəcəklər. Güman edirəm ki, bu variantı uyğun zaman gələndə prezident Barak Obamaya təqdim etməyimiz lazımdır”.

Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “İslam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyri gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.
Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən, hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsir”)

Digər xəbərlər