Alman yazıçı: “İŞİD-in fəaliyyətinin Quranla heç bir əlaqəsi yoxdur”
954 dəfə baxılıb
“Onların hər əməli İslama zərər verir”.
Almaniyalı yazıçı İŞİD terror xəvaric qruplaşmasının fəaliyyətini pisləyən kitab nəşr etdirib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, alman yazıçı Yürqen Todenhöfer “Inside IS” (“İŞİD-in içində”) adlı yeni kitabını yayımlayıb. Kitabın təqdimatı paytaxt Berlində keçirilib.
Oğlu ilə birlikdə on gün müddətində İŞİD terror xəvaric qruplaşmasının nəzarətində olan bölgələri gəzən Todenhöfer əl-Bağdadini Quranda göstərilən əməlləri dəyidirməkdə suçlayıb. İŞİD terror xəvaric qruplaşmasının fəaliyyətinin və ideologiyasının İslama zidd olduğunu ifadə edən alman yazıçı onların bu vaxta qədər işlətdikləri bütün metodların uğurlu alındığını, lakin bunun Quranla heç bir əlaqəsi olmadığını vurğulayıb.
“Onların hər əməli İslama zərər verir”, – deyə Yürqen Todenhöfer bildirib.
Qısa bir zamanda kitabı ən çox satılanlar (bestseller) arasına daxil olan yazıçı, buradan əldə etdiyi gəlirin hamısını suriyalı və iraqlı qaçqın uşaqlara sərf edəcəyini açıqlayıb.
Qeyd edək ki, Yürqen Todenhöfer İŞİD terror xəvaric qruplaşmasının içində olarkən ona alman əsilli bir silahlı köməklik göstərib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab verib: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların- İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.