Almaniya qaçqınları dolayı yolla xristianlığa məcbur edir
859 dəfə baxılıb
Almaniyaya hicrət etmiş yüzlərlə müsəlman qaçqınlıq statusunu bərkitmək və Almaniyada daimi qalmaq üçün dinlərini dəyişərək xristianlığı qəbul ediblər.
“Sələf Xəbər”in arabic.rt.com saytına istinadən məlumatına görə, əksəriyyəti iranlı və əfqanıstanlı olan yüzlərlə sığınacaq axtaran insan Berlin yaxınlığında Troniti kilsəsində xristianlığı qəbul ediblər. Almaniya kansleri Angela Merkel ötən bəyanatlarının birində qeyd edib ki, hal-hazırda Almaniyanın yaşadığı dövr qarşıdakı illərdə ölkəmizi dəyişəcəkdir. Biz bu gün sığınacaq istəyənlərə müvəqqəti sığınacaq veririk, amma tam sığınacaq hüququna malik olmayanlar tezliklə öz ölkələrinə geri qayıtmağa məcbur olacaqlar.
Dinini dəyişənlərdən biri əfqanistanlı Məhəmməd Əli Zənubidir. Onu indi Martin adlandırırlar. Martins Qotfrid adlı keşiş “müqəddəs” suyu onun üzünə çiləyərək ondan soruşur: “Şeytandan və onun çirkin əməllərindən uzaqlaşacaqsanmı? İslamdan imtina edəcəksənmi?” O isə “Bəli!” – deyərək cavab verir.
Keşiş Martins deyir: “Mən bilirəm ki, bəziləri Almaniyada qalmaq üçün dinini yalandan dəyişir. Amma bu o qədər də önəmli deyil. Çünki dinini dəyişənlərin əksəriyyəti xristianlığı könül xoşluğu ilə qəbul edirlər. Kilsədə xristianlığı qəbul edənlərin yalnız 10%-i bir daha kilsəyə qayıtmır, digərləri isə daim kilsəyə gəlirlər.”
Amma xristianlğı qəbul etmək Almaniyada qalmaq üçün yetərli hesab olunmur.
Dinlərini dəyişənləri Əfqanistanda və İranda ölüm cəzası gözlədiyi üçün Almaniyanın bu qaçqınları geri qaytarmamaq ehtimalı vardır.
Bu il Almaniyaya olan qaçqın axınının ötən illərlə müqayisədə dörd dəfə daha çox – səkkiz yüz min nəfərə çatacağını nəzərə alsaq, dinini dəyişənlərin sayının da artacağı ehtimal olunur.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə)
“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa birdin axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə)
Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir”. (Bax: “Təfsir Əs-Saadi”)
Şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Qeyri-müsəlmanların ölkəsində yaşamaqda müsəlmanların dini, əxlaqı və davranışı üçün böyük təhlükə vardır! Bu ölkələrdə yaşamış müsəlmanların çoxunda dəyişikliklər görürdük, onların o ölkələrdən oraya getdikdə olduqları halda qayıtmadıqlarını görürdük. Onlar fasiq kimi, bəziləri isə ümumiyyətlə dinə və müsəlmanlara istehza edən mürtəd və qeyri-müsəlman kimi qayıdırdı, Allah bizi bundan qorusun!” (“Məcmuu fatava” № 388).Səudiyyə Ərəbistan krallığının daimi komitəsinin alimlərindən soruşdular: “İşləmək üçün qeyri-müsəlmanların ölkəsinə köçmək caizdirmi?” Onlar cavab verdilər: “Əgər sən iş və qazanc istəyirsənsə, onda bunun üçün müsəlmanların ölkəsinə get. Müsəlmanların ölkələri qeyri-müsəlmanların ölkələrindən daha varlıdır (yəni daha yaxşıdır), o səbəbdən ki, qeyri-müsəlmanların ölkələrinə səfərlərdə əqidə, din və əxlaq üçün təhlükə vardır.” (“Fatava əl-Ləcnə” 12/58).