Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Almaniyada hicab problemi – İNFOQRAFİKA

İyul 15
16:29 2015

Hazırda Almaniyada ən çox müzakirə olunan məsələlərdən biri də müsəlman şagirdlərin dərsə gedərkən hicab bağlayıb-bağlamamasıdır.

“Sələf Xəbər” Azvision.az-a istinadən məlumat verir ki, yaxın zamanda Almaniyanın orta məktəblərində İslam dini adlı dərs tədris olunacaq və həmin dərsin şərtlərindən biri də hicabla iştirak etməkdir. Amma eyni zamanda, 8 əyalətdə dərslərdə hicabla iştirak etməklə bağlı konkret hüquqi və qanuni qadağalar qoyulub.

“Die Welt” bəzi əyalətlər İslam dininə yanaşmada hüquqi prinsiplərə düzəliş etmək qərarına gəliblər. Belə ki, Baden-Vürttemberq əyalətində Ştutqard Landtaqı məsələ ilə bağlı düzəlişlərə başlayacağını bildirib.

Xatırladaq ki, ilk olaraq müsəlman şagird və müəllimlərin öz dini geyimlərində dərslərə qatılmasına Karlsruhe şəhərində icazə verilib. Lakin Berlin, Bremen, Bavariya, Hessen və Nidersaksen kimi digər bəzi əyalətlərdə bu qadağa hazırda da qüvvədə qalmaqdadır.

📷

almaniya-hicab-infoqrafika

Sələf Xəbər: Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)

Digər xəbərlər