Almaniyada hicab – YENİ QƏRAR
955 dəfə baxılıb
Parlamentin qərarı ilə artıq müəllimlər məktəbdə hicab geyinə biləcəklər.
Almaniyanın ən böyük əyalətlərindən olan Şimali Reyn-Vestfaliyada hicab qadağası ləğv olunub.
“Sələf Xəbər”in ANS PERESS-ə istinadən məlumatına görə, əyalət parlamenti məktəblərdə qadın müəllimlərin hicab geyinə biləcəyinə qərar verib. Bildirilir ki, qadağanın ləğv olunması üçün parlamentdə keçirilən səs vermədə Sosial Demokrat, Yaşıllar, “Piratlar” partiyası ilə Xristian Demokratlar birliyi lehində, Liberal Azad Demokratiya partiyası əleyhində səs verib. Bu qərardan sonra müəllimlər ölkənin ən çox əhalisi olan və ən böyük əyalətində hicabla dərslərə girə biləcəklər.
Qeyd edək ki, Şimali Reyn-Vestfaliya əyalətində bir milyona yaxın türk miqrant yaşayır. Federal Konstitusiya məhkəməsinin keçən ilin mart ayında məktəblərdə hicab qadağasını prinspial olaraq yasaqlamasından sonra əyalət parlamenti hicabın sərbəst olması üçün işə başlamışdı. Ölkədə hicab qadağasını ləğv edən ilk əyalət isə Bremen olub.
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)
Lakin qeyri-müsəlman ölkələrindən fərqli olaraq bir sıra müsəlman ölkələrində bəzən təhsil müəssisələrində müsəlman qadınların hicab geyinmək qadağası ilə rastlaşması faktı bizi kədərləndirməyə bilməz.
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!