Almaniyada məscidlərə və müsəlmanlara terror hazırlayanlar həbs edilib
761 dəfə baxılıb
Almaniyada məscidlərə və müsəlmanlara qarşı terror etməkdə şübhəli bilinən qatı millətçilər həbs edilib.
“Sələf Xəbər” arabic.rt.com saytına istinadən xəbər verir ki, Alman polisi bu gün ölkənin müxtəlif yerlərindən radikal millətçi dəstə üzvləri olduğu ehtimal olunan dörd nəfəri həbs etmişdir. Onlar müsəlmanlara qarşı terror aktları törətmək niyyətində olublar.
Baş prokurorun dediyinə görə, Bavariya, Saksoniya, Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts və Mecklenburg-Vorpommern əyalətlərində keçirilmiş əməliyyatlarda 250-yə yaxın polis nəfəri iştirak etmişdir. Bəyanatda əməliyyat zamanı güclü partlayıcı maddələrin və digər sübutların aşkar edildiyi deyilir.
Həbs olunanların üçü yaşları 39-56 arası dəyişən kişi, biri isə 22 yaşlı gənc qızdır. Onlar radikal millətçi dəstə təşkil etməkdə də ittiham olunurlar.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)