Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Amerikalı jurnalistin Ben Ladenin ölümü barəsində iddiaları

May 12
14:37 2015

Amerikalı jurnalist Seymur Herş ABŞ hökumətinin Usamə Ben Ladenin öldürülməsi barədə ictimaiyyətə səhv məlumat verdiyini irəli sürüb.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, məşhur jurnalist əl-Qaidə liderinin 2011-ci ildə öldürüldüyü vaxtda qaçaq olmadığını, əksinə 2006-cı ildən Pakistan kəşfiyyatının əsiri olaraq həmin ölkədə olduğunu yazıb.

Jurnalist iddialarını ABŞ kəşfiyyatının adını açıqlamaq istəmədiyi bir yüksək rütbəli əməkdaşına istinad edib.

Herş İgiltərədə yayımlanan “London Review of Books” jurnalının son sayındakı yazısında Pakistan kəşfiyyatının bir əməkdaşının Ben Ladenin yerini 25 milyon dollar qarşılığında ABŞ kəşfiyyatına xəbər verdiyini söyləyib.

Jurnalistin sözlərinə görə ABŞ hökumətinin məsələylə bağlı açıqlamasında “Mümkün olsaydı, onu canlı da ələ keçirə bilərdik. Amma o atışma zamanı öldü” deməsi də tamamilə yalandır.

“Ben Ladenin olduğu yerdə hansısa bir atışmadan söhbət gedə bilməzdi. Amerikalılar oraya gəldikləri zaman Pakistan kəşfiyyatçıları oranı çoxdan tərk edib getmişdilər. Onun cəsədinin İslam qaydalarına uyğun olaraq dəfn edildiyi də yalandır. Onu bir torbaya qoyub Əfqanıstanın Cəlalabad şəhərinə gedən vertolyotdan Hindiquş dağlarına atıblar. Ben Ladeni öldürən hərbiçilərin açıqlamaları bunu göstərir”.

Herş yazısında Ben Ladenin öldürülməsinin Obamanın ikinci dəfə prezident seçilməsi üçün mühüm bir addım olduğunu qeyd edib.

Sələf Xəbər: Məşhur İslam alimi, böyük hədisşünas Əbdül Mühsin əl-Abbad (Allah onu qorusun) Əl-Qaidə qruplaşmasının üzvləri barəsində demişdir: “Onlar – şeytanın yolunda mücahiddirlər (vuruşanlardır)!”

Digər xəbərlər