Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Atom bombası daşıyan rus təyyarələri Avropanı təşvişə salıb

Mart 09
18:12 2016

Rusiyanın iki strateji bombardmançısı Fransa və İngiltərəni qarışdırdı.

La-Manş boğazı üzərindən uçan iki Rusiyaya aid Tu-160 tipli strateji bombardmançı təyyarə Avropada böyük panikaya səbəb olub.

“Sələf Xəbər” Ölkə.az-a istinadən xəbər verir ki, Fransa və İngiltərəni bir-birindən ayıran La-Manş boğazı üzərindən uçan rus bombardmançıları hər iki ölkənin radarları tərəfindən görünüb və hərbi dairələrdə böyük təşvişə səbəb olub.

Daha sonra əldə olunan məlumata görə, rus təyyarələri 25 ədəd nüvə başlıqlı raketlə yüklü olub və dərhal Britaniya və Fransanın hava qüvvələrinə aid iki qırıcı həmin bölgəyə gəlib. Onlar rus bombardmançılarını La-Manş boğazı üzərindən keçənə qədər məsafədən müşayiət ediblər.

Sələf Xəbər: Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”. (Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə)

“Bəlalar, məhrumiyyətlər, xəstəliklər, epidemiyalar və bir çox başqa fəlakətlər insanların başına, onların öz törətdikləri cinayətləri sayəsində gəlir. Allahın insanlarla belə davranması, onların günahlarının cəzasız qalmayacağını və bu bədbəxtliklərin bu dünya həyatında cəzanın yalnız bir hissəsi olduğunu anlamaları üçündür. Belə olduqda, onlar bəlkə də, onlara bu qədər zərər vurmuş əməllərdən əl çəkərlər, özlərini doğruldub, düz yola gələrlər. Pak və Müqəddəs Allah hətta sınaq və cəza nazil edəndə də, mərhəmətini və rəhmini nümayiş etdirir. Əgər Onun İlahi rəhmi olmasaydı, onda O (Pak və Müqəddəs Olan), bütün məxluqlarından layiq olduqları qisası alardı və yer üzündə bir canlı məxluq belə qoymazdı”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər