Avropa 30 ildən sonra İslam qitəsinə çevriləcək
1. 167 dəfə baxılıb
Avropalı ekspertlər bildiriblər ki, Avropa İttifaqı ölkələri bir neçə onillikdən sonra müsəlman dövlətinə çevrilə bilər.
Ekspertlər Avropada əhalinin doğum əmsalını təhlil edərkən belə bir nəticəyə gəliblər. Göstəricilərə əsasən, hal-hazırda Avropa İttifaqı ölkələrində doğum əmsalı 1,3 rəqəmini təşkil edir. Növbəti 25 il ərzində yaşama dərəcəsini artırmaq üçün bu göstərici 2,2 olmalıdır. Bunun üçünsə hər ailədə ən azı 2 uşaq doğulmalıdır.
Müsəlman ailələrinə gəlincə isə burada göstəricilər tam əksinədir. Məsələn, Fransada xristian ailələrinin hər birinə görə uşaqların sayı 1,8 təşkil edirsə, müsəlman ailələrində bu göstərici 8,1 təşkil edir.
Ekspertlərin rəyinə görə, belə davam edərsə, 35 il sonra Fransa müsəlman ölkəsinə çevriləcəkdir. Hal-hazırda isə ölkədəki 20 yaşına qədər olan fransızların 45%-i müsəlmandır.
Oxşar vəziyyət Böyük Britaniyada da müşahidə olunur. Son 3 il ərzində ölkədə müsəlmanların sayı 36 dəfə artaraq 80 min nəfərdən 3 milyon nəfərə çatıb.
Hollandiyada isə vəziyyət daha maraqlıdır. Belə ki, indi olkədə yeni doğulan uşaqların yarısı artıq müsəlmandır.
Belçikada yeni doğulmuş uşaqların 50%- i, böyüklərin isə hər 4 nəfərdən 1-i müsəlmanlardır.
Mənbə: İslam-Today
Sələf Xəbər: İslam gözəl əxlaq dinidir.
Bu dinin gözəlliklərindən biri də gözəl əxlaqa, yüksək ədəbə dəvət etməsi, pis əxlaq və xüsusiyyətlərdən isə çəkindirməsidir. Bu din kamil din olduğundan, şəriət və ağıl baxımından bəyənilən hər şeyi özündə cəm etmişdir. Həmçinin fərdlər və toplumlar üçün məsləhətli və xeyirli olanları da özündə toplamışdır. Bu dinə iman gətirib, ehkamlarına riayət edən hər kimsəyə İslam gözəl həyat bəxş edər. Allah taala buyurur:
“Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (əh-Nəhl: 97).
Bu ayədə Allah taala dinə riayət edən kişi və qadınlara dünyada xoş həyat, axirətdə isə etdiyi əməllərin bol sa¬vabını vəd edir. Yaxşı həyat hərtərəfli rahatlığı əhatə edir. Gözəl əxlaqa yiyələnmək xoşbəxt həyatın səbəb¬lərindəndir. Hikmətli insanların bildiyinə görə insanın əxlaqı kamilliyə doğru getdikcə onun həyatı daha rahat və ləzzətli olar.
Bu şəriət, müsəlman ictimaiyyətinin bir-birlərinə qarşı mərhəmətli, şəfqətli, mehriban olmalarını öyrətmək, onların bədəninin bir üzvü ağrıyarkən digərinin ona cavab verdiyi bir bədən kimi olduqlarını çatdırmaq, bir-birini möhkəm saxlayan bina divarı kimi olmalarını çatdırmaq üçün gəlmişdir. Bu mənada Qurani Kərimdə belə bir ayə vardır. Allah taala buyurur:
“Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (əl-Hucurat: 10).
Həmçinin bu şəriət kasıb, fağır, miskin, yetim, aciz kimi zəiflərə qarşı mərhəmətli olmağı, böyüklərə, fəzilətli və elmli adamlara hörmət etməyi əmr etmişdir. Bu şəriət, müsəlman cəmiyyətlərin gözəl və xoşbəxt həyat yaşamaları üçün, cəmiyyətin hər bir fərdinə nəzər salıb, hüquqlarını onlara bildirməyi əmr edən kamil düsturdur.
Allah taala Peyğəmbəri Məhəmmədi (ona Allahın salavatı və salamı olsun) təkəbbürlük, zalımlıq, düşmənçilik və yekəxanalıq edən Cahillik dövrü cəmiyyətinə göndərmişdir. O, bu sifətlərin hamısını rədd edib onları gözəl və misli olmayan əxlaqla əvəz etmişdir. Həmçinin onlarda olan bəzi gözəl əxlaq keyfiyyətləri olan qeyrət, hamilik, vəfalılıq kimi xüsusiyyətləri isə tamamlamışdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gözəl əxlaqı ən başlıca vəzifə, mühüm qayə edən bir din ilə göndərilmişdir. Onun şəriətinə görə əxlaqı yüksələn insanın imanı da bir o qədər yüksələr. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur:
“Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlarıdır.” ( Əbu Davud: 5/ 60/ № 4682. Tirmizi: 3/ 466/ № 1162).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) insanlar arasında ən kamil iman və ən gözəl əxlaqa sahib olandır. Rəbbi onu tərifləyərək buyurmuşdur:
” Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm: 4).
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə olmasına səbəb, onun Qurani Kərimdə buyurulan gözəl sifətlərə, xüsusiyyətlərə və fəzilətlərə yiyələnməsi, qadağan edilmiş pis və kobud xüsusiyyətlərdən əl çəkməsi olmuşdur. Ona görə də ona ən yaxın olub, onu gözəl tanıyan zövcəsi Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əxlaqı haqda soruşulduqda belə demişdir:
“Onun əxlaqı Quran idi.” (Müslim: 1/ 513/ № 746).
Yəni, o Quranda buyurulan ədəb-ərkan, əmr və qadağalara riayət edərdi. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Quranda buyurulan hər hansı bir (digər) peyğəmbərin gözəl əxlaqı xüsusiyyətlərinə, gözəl əxlaqa yiyələnməsi, bütün qadağalardan çəkinməsi məsələni daha da açıqlayır.
İslam ədəbi və əxlaqı özünün orta mövqeyi və ədaləti ilə digərlərindən fərqlənir. O yerində mərhəmət və şəfqəti əmr edir, lazımi məqamlarda, cəza tədbirlərini tətbiq edərkən, Allah yolunda cihad edərkən və s. – vaxtlarda isə qətiyyətli olmağı tələb edir. Nəfsə görə qəzəblənməyi qadağan edir, pis əməllərin şahidi olduğu zaman Allah xatirinə qəzəblənməyi tələb edir. Allahın Öz kitabında və Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) Sünnəsində bizə çatdırdığı bütün işlərdə belə olmaq lazımdır. Allah taala buyurur:
“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, …” (əl-İsra: 9).Allah taala Öz kitabı Quranın ən gözəl, adil və doğru yola dəvət etdiyini vurğulayır. Bu, bütün işlərdə, ibadətlərdə, əlaqələrdə, ədəb və əxlaqda öz əksini tapır.
Bu din insanları ən gözəl əxlaqa səsləyir. Elə bir gözəl əxlaq və ya xüsusiyyət yoxdur ki, İslam şəriəti onun yerinə yetirilməsini tələb etməsin. Həmçinin elə bir şər və pis sifət yoxdur ki, İslam şəriəti ondan çəkin¬dir¬məsin. Hətta bu din ən gözəl əxlaqı imanın əsaslarından biri etmiş və belə əxlaqa yiyələnənin ən kamil iman sahibi və başqalarından daha üstün olduğunu buyurmuşdur. Bu yerdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur:
“Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlarıdır.” (Əbu Davud: 5/ 60/ № 4682. Tirmizi: 3/ 466/ № 1162).