Britaniya mətbuatı İslama qarşı necə “mübarizə” aparır? – FOTO
940 dəfə baxılıb
Britaniyada yaşayan müsəlmanlar bu il Ramazan ayında xeyriyyə məqsədilə 100 milyon funt sterlinq (iki yüz milyon manat) bağışlayıblar.
Oxford Universitetinin məzunu 23 yaşlı Anna adlı britaniyalı hüquqşünas qadının öz Tvitter hesabında bu barədə paylaşdığı məlumat sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
“Britaniya müsəlmanları bu Ramazanda 100 milyon funt sterlinq bağışlayıblar. Bu isə hər saniyə ərzində 38 funt sterlinq bağışlamaq deməkdir. KİV bu barədə məlumat vermək istəməyəcək, odur ki, mən sizə deyim. Təşəkkürlər”.
Gənc qadın “Al-Arabiyya”ya verdiyi müsahibəsində qeyd edib: “ Mən hesab edirəm ki, Britaniya mətbuatı müsəlmanlar haqqında müsbət məlumatlardan yan keçərək, yalnız mənfi düşüncə yaradacaq məlumatları işıqlandırır. Son günlərdə Britaniya mətbuatının müsəlmanlar haqqında bütün xəbərləri Parisdə və Nitsada baş vermiş terror da daxil olmaqla, yalnız terror hücumları ilə bağlı xəbərlərdən ibarətdir. Düşünürəm ki, insanlara bir neçə ekstremistin bütün hərəkətlərinin siyahısını təqdim etməkdənsə, müsəlmanların əslində bu il necə gözəl işlər gördüyü haqqında məlumat verilməlidir”.
Britaniyanın tanınmış KİV-ləri “The Huffington Post” da daxil olmaqla, belə bir mühüm xəbəri görməməzlikdən gəlməyi seçiblər. Qadının öz Tvitter hesabında müsəlmanların xeyriyyəçiliyi haqqındakı məlumatı paylaşdıqdan və Britaniya KİV-lərini qınadıqdan bir gün sonra “The Huffington Post” bu haqda yazı dərc edib.
Yeri gəlmişkən, son zamanlar Britaniya mətbuatında nəşr edilən başlıqlar müsəlmanlara qarşı neqativ emosiyalarla diqqəti cəlb edir. Məsələn, şəkildə gördüyünüz qəzet başlıqları bu mənaları ifadə edir.
“Müsəlmanlar britaniyalılara deyir: Cəhənnəmə gedin!”
“Müsəlmanların 5-dən 1-i cihada rəgbət bəsləyir”
“9 yaşlı məktəbli oğlan cihadçı ekstremistdir”
“Papanı öldürmək üçün müsəlman sui-qəsdi”
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir:
“Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 118-ci ayə)
“Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)