Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Britaniya xüsusi təyinatlılara İŞİD-ə qarşı döyüşmək əmri verib

İyul 06
14:59 2015

Böyük Britaniyanın Baş naziri Devid Kemeron xüsusi təyinatlı SAS dəstəsinə Suriya və İraqın daxilində dərin əməliyyat keçirmək əmri verib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Britaniya xüsusi təyinatlıları İŞİD xəvaric terror qruplaşması liderlərinin həbsi və məhvi ilə məşğul olacaq. Belə qərarın verilməsinə əsas səbəb kimi keçən həftə İŞİD xəvaric terror qruplaşması üzvünün Tunisdə 30 britaniyalı turisti güllələməsi olub.

SAS-ın ABŞ xüsusi təyinatlıları ilə birgə fəaliyyət göstərəcəyi ehtimal olunur.

Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.

Digər xəbərlər