Bu ölkələrin müsəlmanları həccə buraxılmadı
Oktyabr 06
15:29
2014
946 dəfə baxılıb
“Sələf Xəbər” İslam Today-a istinadla xəbər verir ki, 2 000 000 yaxın zəvvar həcc ayinlərini icra etməyə davam edir.
Səudiyyə Ərəbistanı Krallığını hakimiyyətinin məlumatına görə, builki həcdə təxminən 600 000 insan iştirak edir, daha 1 400 000 zəvvar xaricdən gəlib.
Qeyd edək ki, bu il Liberiya, Syera-Leon və Qvineya ölkələrindən olan müsəlmanların həcc üçün SƏK-a girişinə qadağa qoyulub. Adı çəkilən ölkələrdə Ebola qızdırmasının yayılması Ər-Riyadı belə bir ehtiyat tədbiri görməyə məcbur edib.
“Bir yerdə vəba olduğunu eşitsəniz, oraya getməyin. Olduğunuz ərazidə də bu xəstəlik baş verərsə, o xəstəlikdən qaçmaq üçün o ərazidən çıxmayın” (Buxari, Muslim).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)