Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Çində gənclər arasında yayılmış ən məşhur din İslamdır

İyul 09
16:27 2015

“Sələf Xəbər”in İslam-today.ru-ya istinadən xəbərinə görə, çərşənbə axşamı aparılan hesabat zamanı məlum olub ki, Çində İslam dini ardıcıllarının ən çoxu 30 yaşa qədər olan gənclərdir.

Çin höküməti öz ölkəsində rəsmi olaraq əsasən 5 din tanıyır: buddizim, taoizm, katoliklik, protestantlıq və İslam. Ölkə gəncləri arasında 22,4 faiz göstərici ilə İslam dini ardıcılları çoxluq təşkil edir.

Bu barədə Pekinin Renmin Universitetində Milli Araşdırmalar Mərkəzi tərəfindən hər il aparılan sorğu nəticəsində məlum olub.

Renmin Universiteti buddist fəlsəfə fakültəsinin professoru Dedong Wei gənclər arasında daha çox müsəlmanların olmasını belə izah edib: “İslamı qəbul edənlər etnik azlıq qruplarına aid olanlardır. Bu azlıqların ailələri əsasən çox uşaq dünyaya gətirirlər. Artıq doğulan uşaqlar müsəlman olaraq doğulurlar. Böyüklər isə nadir hallarda İslamı qəbul edirlər”.

Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə)
“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir.
Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə)
Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər