Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Con Kerridən Bəşşar Əsədə: “Artıq səbrimiz daşır!”

İyun 17
15:53 2015

Con Kerri, Suriyada kimyəvi silahların əksəriyyətinin rejim tərəfindən istifadə edildiyini bildirərək, artıq səbirlərinin azaldığını deyib.

ABŞ Dövlət Departamentinin gündəlik mətbuat iclasını Xarici İşlər Naziri Con Kerri idarə edib.

“Sələf Xəbər” Sabah.com.tr-yə istinadən məlumat verir ki, toplantıya bud sümüyündən əməliyyat olduğu Boston şəhərindən video-konfrans yoluyla bağlanan Kerri, jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.

Suriyada mülki vətəndaşlara qarşı xlor qazı istifadə edilməsinə dair verilən suala cavab olaraq “Bu hücumların əksəriyyətinin rejim tərəfindən aparıldığından qəti əminik”, – deyən Kerri, bu istiqamətdə sənədlər topladıqlarını da qeyd edib.

Con Kerri onu da söyləyib ki, ölkədəki müxalif qüvvələr də zaman-zaman bu hücumları reallaşdıra bilər: “Ancaq böyük əksəriyyətdən danışıram. Bu hücumlar kifayət qədər həyata keçirildi. Kimyəvi silah hücumları təyyarələrlə edilib. Müxalifət qüvvələri isə təyyarə və ya helikopter uçurmur”.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın dərgahına qaytarılacağınız gündən qorxun!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 281-ci ayə)
Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər