Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

“Ən mahir Qurani-Kərim hafizi” müsabiqəsi keçiriləcək

Oktyabr 07
14:11 2015

Yaxın günlərdə Moskva şəhərində 16-cı Moskva Beynəlxalq Quran oxumaq müsabiqəsi keçiriləcək.

“Sələf Xəbər”in rusdilli mənbələrə istinadən xəbərinə görə, müsabiqə oktyabrın 11-də Moskva şəhərində yerləşən Crocus City Hall-da təşkil olunacaq.

Rusiya Müftilər Şurasının prezidenti şeyx Ravil Qaynutdinin sədrlik etdiyi tədbirə Moskva hökuməti, Rusiya Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən dəstək veriləcək.

Müsabiqədə 44 ölkədən tanınmış Quran hafizlərinin iştirak edəcəyi bildirilir. Dünyada ən yaxşı Quran bilicisi, Əl-Həram məscidinin imamı Mahir əl-Muayqili də tədbirin xüsusi qonağı kimi tədbirə dəvət olunub.

Müsabiqə qaliblərinə mükafat qismində 3 Ümrə ziyarəti veriləcəyi nəzərdə tutulub.

Bundan əlavə, ziyarətçilər Crocus City Hall foyesində müqəddəs Quranın əzəmətli tarixini özündə əks etdirən proqramda iştirak etmək hüququ da əldə etmiş olacaqlar.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir”. (Qurani-Kərim, “Yunus” surəsi, 57-ci ayə)

Təqdirəlayiqdir ki, öz böyük həcmi və dərin müdrik mənasına baxmayaraq, digər dini və dünyəvi kitablar kimi səhifələrdə yox, Quran əsrlər boyunca milyonlarca müsəlmanın ağlında və ürəyində qorunur. Bütün dünyada milyonlarla müsəlman (cavandan tutmuş yaşlıya qədər) cildli halda 600-dən çox səhifəsi olan Quranı əzbər bilir. (114 surədən (fəsil) və 6200-dən çox ayədən ibarətdir). Qurani-Kərimin əzbərlənməsi üzrə ixtisaslaşdırılmış mərkəzlərdə oxuyanlar bir qayda olaraq onu 2 ilə əzbərləyirlər (orta hesabla gündə 1 səhifə əzbərləməklə), bəzi mərkəzlərdə isə əzbər üzrə sürətləndirilmiş kurs hətta 2-4 aya baş verir. Müsəlman aləmində başlanğıcı 1400 il bundan əvvəl, hələ Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sağlığında qoyulmuş bu təcrübə hələ bu günə qədər də böyük nəsildən kiçik nəslə ötürülür. Bunun mümkün olmasının səbəbi, Quranın fani bir insan tərəfindən yazılmış kitab deyil, Kainatın Yaradıcısının özünün insanlara göndərdiyi açıq-aydın Vəhy və doğru yoldur. Beləliklə, Uca Allah Quranın əzbərini və başa düşülməsini asanlaşdırmışdır.

Dünyada heç bir dini kitabda insanların, müsəlmanları öz müqəddəs kitabını əzbər bildiyi kimi əzbər bildikləri bir dini kitab mövcud deyildir. Məsələn, dünyada xristianların sayı 2 milyardı keçsə də, hər hansı bir xristianın (əlbəttə ki, tam komissiya yoxlaması ilə, necə ki bu bütün Quran əzbərləmə mərkəzlərində baş verir) bütün İncili başdan-ayağa bilməsinin heç olmasa bir rəsmi bəyanatı barədə məlumat yoxdur. Və əgər bir gün Allahın hökmü ilə bütün dinlərin müqəddəs kitabları məhv edilsə və yer üzərindən silinsə, o zaman müsəlmanlar Quranı Uca Allahın VII əsrdə göndərdiyi şəkildə bərpa edə bilərlər. Bu sadəcə bir uşaq səbəb ilə mümkün ola bilər! Lakin dünyada çox gənc, Quranın 600 səhifəsini də əzbər bilən hələ çox uşaq var. Bir çox müsəlman ölkələrində uşaqlar Quranı artıq 4 yaşda əzbər bilirlər. Bəzi ərəb ölkələrində fenomen şəklində bu, hətta 3 yaşlı uşaqlarda da rast gəlinib.

Həmçinin, bir təəccüblü fakt da mövcuddur ki, Quranı əzbərləmiş yüz minlərlə mənşəcə ərəb olmayan insan var. Çoxlu sayda hafiz Türkiyədə və Şərqi Asiyanın müsəlman ölkələrində yaşayır.

Beləliklə, bütün dünyada Quran əzbərləmə məktəbləri Uca Allahın bütün əsrlər boyunca Quranı düşmənlərin və bədxahların təhriflərindən qorumasının səbəblərindən biridir.

Quranı zikr üçün asanlaşdıran və onu hər hansı təhrif və dəyişiklikdən Qoruyan Allaha həmd olsun: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq”. (Qurani-Kərim, “Hicr” surəsi, 9-cu ayə)

Digər xəbərlər