Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ərdoğan: “Rusiyanı və Əsədi 400 min suriyalının ölümünə görə mühakimə etmək lazımdır.”

Fevral 06
16:30 2016

“Sələf Xəbər” Alarabiyaya istinadən məlumatına görə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Rusiyanı Suriyada qətlə yetirdiyi insanlara görə mütləq şəkildə mühakimə etmək lazımdır. O həmçinin bildirib ki, Rusiya “Kiçik Əsəd” dövləti yaratmaq üçün Suriyada qan tökür. Rusiya 400 min suriyalının ölümünə görə Əsədlə birlikdə məsuliyyət daşıyır.
Ərdoğan həmçinin Türkiyənin Suriyaya quru qoşunları yeritmək istəməsi haqqında Rusiyanın yaydığı məlumatları gülüşlə qarşıladığını bildirib. O Rusiyanı Suriyanı işğal etməkdə günahlandırıb.
“Rusiyanın bu açıqlaması məni həqiqətən güldürür. Reallıq budur ki, Rusiya özü Suriyanı işğal edir.”
Ərdoğan bu sözləri Afrika səfəri çərçivəsində Seneğal prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında söyləmişdir.
Türkiyə ilə Rusiyanın münasibətləri keçən ilin noyabr ayından məlum qırıcının vurulmasından sonra gərginləşmişdir.
2,5 milyon suriyalı qaçqına sığınacaq verən Türkiyənin Suriya münaqişəsinə münasibəti belədir ki, Əsəd hakimiyyətdən getməlidir. Uzunmüddətli sabitliyin əldə edilməsi üçün yeganə yol budur.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər