Ərdoğanla Putin telefonla danışdı – QADAĞALAR LƏĞV EDİLİR
İyun 29
16:34
2016
859 dəfə baxılıb
Bu gün Türkiyə Cümhuriyyət Başqası Rəcəb Tayyib Ərdoğanla, Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Selefxeber.az-ın Hurriyet.com-a istinadən məlumatına görə 40 dəqiqə davam edən telefon danışıqlarından sonra Kreml ilk bəyanatı yayımlayıb. Belə ki, Vladimir Putin Türkiyə ilə ticarət əlaqələrinə qoyulmuş qadağaları aradan qaldırmaq və yeni ticarət əlaqələrinin qurulması üçün hökumət nümayəndələrinə tapşırıqlarını verib.
O cümlədən rusiyalı turistlərin Türkiyəyə gəlməsinə qoyulan qadağalar da ləğv edilib.
Putin Ərdoğanın məktubunu Türkiyə-Rusiya əlaqələrinin yaxınlaşması üçün zəmin olduğunu bildirib.