Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Erməniləri belə məyus etdik!

May 27
17:50 2015

Danimarkanın paytaxtı Kopenhagendə erməni diasporunun qondarma soyqırımı ilə bağlı abidə ucaltmaq planlarının qarşısı alınıb.

“Sələf Xəbər” məlumat verir ki, bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbut xidmətindən bildirilib.

Belə ki, Danimarkadakı Azərbaycan və Türk diasporunun bu barədə məlumat əldə etdikdən sonra abidənin qoyulmasına qarşı başladığı etiraz tədbirləri öz nəticəsini verib. Danimarka Vətən Cəmiyyəti, Skandinaviya Türk Federasiyası, həmçinin Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönməzin birgə fəaliyyəti nəticəsində yerli ictimaiyyət qondarma “erməni soyqırımı” barədə məlumatlandırılıb.

Azərbaycan və Türk diasporu adından Danimarka Parlamentinə, Kopenhagen Bələdiyyəsinə etiraz məktubları göndərilib, erməni diasporunun abidə qoyulması planlarına qarşı mitinq keçirmək üçün yerli polis orqanlarına icazə üçün müraciət edilib. Türk və Azərbaycan icmalarının narahatlığı yerli mediada da geniş işıqlandırılıb.
Azərbaycan və Türk diasporunun etiraz tədbirlərindən sonra Kopenhagendə “erməni soyqırımı” abidəsinin qoyulması ilə bağlı işlər dayandırılıb.
Qeyd edək ki, Amerikadakı erməni diasporunun maliyyəsi ilə ucaldılması nəzərdə tutulan abidənin ermənilərin soyqırımı iddialarının 100-cü ildönümü ilə əlaqədar olaraq may ayında qoyulması planlaşdırılırdı.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)

“Haqq – Allahın Məhəmməd Peyğəmbərə nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər