Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Fransada məscid yandırılıb – FOTO

Avqust 25
15:30 2015

Hadisə nəticəsində məscidin 70%-i yanaraq istifadəyə yararsız hala düşüb.

Fransanın Auc şəhərində eyni adlı məsciddə yanğın hadisəsə baş verib.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, hadisədən sonra polisin apardığı araşdırmalar nəticəsində məlum olub ki, məscid naməlum şəxslər tərəfindən qəsdən yandırılıb.

Naməlum şəxslər məscidi benzinlə yandırıblar. 70%-i yanan məscidin kimlər tərəfindən yandırılması polis tərəfindən araşdırılır.

Hadisə ölkədə böyük səs-küyə səbəb olub. Fransa Prezidenti Fransua Olland baş vərən hadisə ilə bağlı açıqlama verib.

Yelisey Sarayından verilən açıqlamada yanğının qəsdən törədilməsi açıq-aşkar bəyan edilib və yanğın hadisəsi pislənilib.

“Məscidə qarşı edilən hücum dəyərlərimizə edilən açıq bir təhdidir. Müsəlman icmaların inanclarını azad və etibarılı şəkildə həyata keçirmələri üçün şərait yaradılmalıdır”, – deyə Yelisey Sarayından verilən açıqlamada bildirilir.

Ümumilikdə son dövürlərdə Fransa daxil olmaqla Avropanın əksər ölkələrində müsəlmanlara qarşı münasıbət birmənalı deyil. Bəzi Avropa ölkələrində ya hicab qadağan edilib, ya da ki, minarəli məscidlərin tikilməsinə icazə verilmir. Bu isə Avropa cəmiyyətində islamfobiyanın artmasından xəbər verir.

📷

518a5fdc1101

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Uca Allah, həmçinin buyurur: “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 186-cı ayə)
“Kitab əhlindən və müşriklərdən isə onlar çoxlu xoşagəlməz sözlər eşitməli idilər – onları, onların dinini, Kitabını və Elçisini (Allahın ona salavat və salamı olsun) təhqir edəcəkdilər. Allah bu barədə mömin qullarına xəbər verir. Sınaqlar və aldanmalar onlara böyük fayda gətirir.

Birincisi, ilahi hikməti tələb edir ki, belə sınaqlar vasitəsilə həqiqi möminləri yalançılardan ayırsın.
İkincisi, Allah Öz qulları üçün sınaqdan keçməyi öncədən müəyyən edir ki, onlara nemətlərini bəxş etsin, onları yüksəltsin, onların günahlarını yusun, imanını artırsın və etiqadını kamilləşdirsin. Allah möminlərə olacaq labüd çətinlikləri bildirir ki, onlar baş verdikdə möminlər Allahın və Onun Elçisinin (Allahın ona salavat və salamı olsun) doğruçuluğuna əmin ola bilsinlər. Bununla əlaqədar Uca Allah buyurur: “Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı”. (Qurani-Kərim, “Əhzab” surəsi, 22-ci ayə)
Üçüncüsü, Allah gələcək sınaqlar haqqında ona görə xəbər verir ki, möminlər öz talelərinə itaətkar olsunlar və qismətlərinə sınaqdan çıxmaq düşəndə lazımi qədər səbir edə bilsinlər, axı əgər onlar sınaqlara hazırlaşsalar, onlardan uğurla çıxmaq asan olar. Şübhəsiz ki, bundan ötrü onlar dözümlü, səbatlı və təqvalı olmalıdırlar. Onlar əmlakları və öz canları ilə bağlı sınaqlardan səbirlə keçməli, zalımların verdiyi əziyyətə mətinliklə sinə gərməli və bu zaman təkcə Allahdan qorxmalıdırlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər