Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Fransada terror – FOTO + VİDEO

İyul 15
16:49 2016

Cümə axşamı günü Fransanın Nitsa şəhərində terror aktı baş verib. Hadisə zamanı 84 nəfər ölüb, 120-dən çox insan xəsarət alıb.

“Sələf Xəbər”in xarici KİV-lərə istinadən xəbərinə görə, hadisə yerli vaxtla təxminən saat 22:30-da (Bakı vaxtı ilə 01:30-da) Nitsada Bastiliyanın alınması günü şərəfinə təşkil olunmuş tədbir zamanı baş verib.

Sürətlə gələn yük avtomobili bayram şənliyi zamanı Nitsanın İngiltərə sahillərində atəşfəşanlığa tamaşa edən izdihamın olduğu əraziyə daxil olaraq onlarla insanın üstündən keçib. Bundan sonra yük maşınının içindən ətrafdakı insanlara atəş açılıb.

Hadisə yerinə çatmış polislə sürücü arasında atışma baş verib. Atışmadan sonra yük maşınında ölü tapılan sürücünün kimliyi müəyyənləşdirilib. Onun ikili vətəndaşlığa malik Tunis əsilli 31 yaşlı Nitsa sakini Muhamməd Buhləl olduğu məlum olub. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Sürücünün polislə atışma zamanı, yoxsa sonradan intihar nəticəsində öldüyü isə tibbi ekspertizadan sonra bilinəcək.

Şahidlərin sözlərinə görə, hadisəni törədən sürücü maşını kütlənin üzərinə sanki bilərəkdən ziqzaqvari şəkildə sürərək daha çox insanın xəsarət almasına çalışıb.

Fransa polisinin apardığı araşdırma zamanı yük avtomobilindən çoxlu sayda silah-sursat da aşkarlanıb.

“iTele” telekanalı öz növbəsində məlumat verib ki, sürücü dəfələrlə törətdiyi kiçik qayda pozuntularına görə Fransa polisinin nəzərində olsa da hələlik onun terrorçularla əlaqəsi üzə çıxarılmayıb.

Britaniyanın “The Daily Mail” nəşrinin yaydığı məlumatda isə bildirilib ki, Fransanın Nitsa şəhərində baş vermiş terror aktına görə məsuliyyəti İŞİD xəvaric terror qruplaşması öz üzərinə götürüb.

Fransanın Nitsa şəhərində törədilmiş terror aktı zamanı ölən və xəsarət alanlar arasında çox sayda uşaqlar və əcnəbi vətəndaşların olduğu da məlum olub. İlkin məlumatlara görə, xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nitsa şəhərində törədilmiş terror aktı ilə əlaqədar olaraq Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib.

📷

nice1_0

nice7_0

1849175

1849171

1849162

🎬

Sələf Xəbər: XX-ci əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir, və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur.” (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları).

Başqa bir məqamda isə belə demişdir: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir, 1-ci kaset, A tərəfi).

Digər xəbərlər