Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Fransalı nazir: “Bütün məscidlər bağlanacaq”

Noyabr 16
22:39 2015

Bernar Kaznev bütün məscidlərin bağlanacağını bəyan edib.

Fransanın Daxili İşlər naziri Bernar Kaznev ölkə ərazisində nifrətin təbliğ olunduğu bütün məscidlərin bağlanacağını bəyan edib.

Bu barədə Fransanın “Figaro” nəşri xəbər verir.

Nazir müsahibəsində məcsidlərin bağlanmasının terrorla əlaqəli olmadığını vurğulayıb: “Bizi qorxutmaq istəyirlər. Lakin həyatın daha sakit şəkildə davam etməsi üçün müəyyən tədbirlər görmək lazımdır. Bu baxımdan bəzi məscidlərin bağlanması labüddür”.

Nazir təsdiqləyib ki, nifrətin təbliğ edildiyi məscidlərin qapadılması ilə bağlı artıq işlərə başlanıb.

Sələf Xəbər: Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)

Digər xəbərlər