Həmas və İsrail uzunmüddətli atəşkəsə razılaşıblar
759 dəfə baxılıb
Həmas və İsrail arasında əldə olunan sülh danışıqlarının detalları fələstinli qruplarla müzakirə edilib.
Uzunmüddətli atəşkəsin və görüşün ən əhəmiyyətli maddəsi Şimali Kipr ilə Qəzza arasında üzən liman olması idi.
İsrail Qəzza zolağında Şimali Kipr Türk Respublikası (KKTC) arasında keçid yaratmaq şərtini qəbul edib. Həmçinin Həmasla 7-10 illik atəşkəsə “hə” deyib.
“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, qarşılıqlı razılaşma Həmas lideri Xalid Meşal və İngiltərənin sabiq Baş naziri Toni Bleyerin Qətərin paytaxtı Dohada keçirdiyi görüşdə əldə olunub.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir”. (Qurani-Kərim, “Ənfal” surəsi, 61-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Sənin əleyhinə döyüşən qeyri-müsəlmanlar sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.
Birincisi, müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur və əgər qeyri-müsəlmanlar birinci olaraq sülh bağlamaq arzusunu bildirirlərsə, müsəlmanlar bu təşəbbüsü müdafiə etməlidirlər.
İkincisi, döyüş əməliyyatlarına son verilməsi müsəlmanlara öz qüvvələrini toplamağa və zərurət yarandıqda növbəti döyüşlərə hazırlaşmağa imkan verir.
Üçüncüsü, sülh müqaviləsi imzalandıqdan sonra, düşmənçilik edən tərəflər bir-birini hədələməkdən vaz keçirlər və bir-birilərinin baxışları ilə daha yaxşı tanış ola bilərlər. İslam həmişə digər dinlərdən üstünlük əldə edir və heç bir din ona qalib gəlməyə qadir deyil. Buna görə hər bir ağıllı və sağlam düşüncəli insan İslam dinini qərəzsiz öyrənərsə, hökmən başqa dini əqidələrdən məhz ona üstünlük verər, axı İslam özünün gözəl hökmləri və müdrik qadağaları ilə fərqlənir, məxluqlara ədalətli və mehriban münasibət bəsləməyi öyrədir. Bu dində zülm etməyə və sıxıntı verməyə yer yoxdur və buna görə sülh sazişinin bağlanması İslamı qəbul etmək və ona etiqad göstərmək istəyənlərin sayının artmasına səbəb olur. Bu isə o deməkdir ki, sülh şəraitində yanaşı yaşamaq müsəlmanlara qeyri-müsəlmanlar üzərində qələbə çalmağa kömək edir”. (Bax: “Təfsir Əs-Saadi”)