“Hizbullah Rusiyanın nəzarətindədir”
Yanvar 01
18:14
2016
1. 058 dəfə baxılıb
“Rusiya terrorçu qruplara maliyyə yardımı edir”.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın TSN telekanalına şərti adı Yevgeni olan Rusiya Xüsusi Xidmət Orqanının əməkdaşı deyib.
“Terrorçu qruplara maliyyə yardımı edirdik. Belə olan halda terrorçuların bizə olan etibarı artırdı. Eyni zamanda qruplaşmanın iyerarxiyasında yüksəlirdik. Hizbullahın təhlükəsizlik şefinin oğlu və iki əmisi oğlu rus casuslarının nəzarətində idi. Bu şəxslər müəyyən müddət Moskvada yaşadılar. Hazırda Avropada yaşayırlar. Rusiya Xüsusi Xidmət Orqanları onların vasitəsilə Ərəb-Livan təşkilatını idarə edir”, – deyə Yevgeni bildirib.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)