Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İran hərbi gəmiləri Bakıya üzür

Oktyabr 19
17:22 2015

İran Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının üç hərbi gəmisi bazar günü Rusiyanın Həştərxan limanına yoldaşlıq səfərinə yola düşüblər.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Bildirilir ki, İranın şimalında Bəndər-Ənzəli şəhərindən çıxan “Dəmavənd” esminesi, “Cuşan” və “Peykan” adlı iki raket kateri bu gün Həştərxana yola düşüblər.

Eksadranın komandiri Əhməd Reza Bakeri Fars agentliyinə bildirib ki, səfər əvvəlcədən planlaşdırılmış olub.

“Həştərxandan sonra eksadra Bakıya dostluq səfəri edəcək və iki həftədən sonra qeydiyyat limanına geri dönəcək”, – deyə, o bildirib.

O da qeyd olunur ki, İranın hərbi gəmilərinin bu səfəri Xəzərdə təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib.

Digər xəbərlər