Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İran və Ermənistan: “Bir millət, iki dövlət” – vizasız rejim qüvvəyə mindi

İyul 11
16:54 2016

İranla Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma qüvvəyə minib.

Aznews-un məlumatına görə Tehranda İran prezidenti Həsən Ruhanin sədrlik etdiyi Nazirlər Kabinetinin iclasında Ermənistanla İran arasında viza rejiminin ləğvi ilə bağlı razılaşma təsdiqlənib.

İyunun 16-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iki ölkə arasında viza rejiminin ləğvi barədə razılaşma imzalayıb. Sənəd Ermənistan parlamenti tərəfindən bir müddət öncə təsdiq olunub.

Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə, 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

İran və Ermənistan tərəfi razılaşmanın gələcəkdə iki ölkə arasında iqtisadi, ticarət və başqa əlaqələrin “güclənməsi və tənzimlənməsinə” xidmət edəcəyinə ümid edir.

Sələf Xəbər: Hər bir müsəlman, istər fərdi, istərsə dövlət səviyyəsində çətin və xoş günlərində müsəlman qardaşının yanında olmalı, bir-birinə dəstək nümayiş etdirməlidir. Çox təəssüf, bu gün bəziləri bu prinsipləri unudublar. Halbuki Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) müsəlmanlara belə olmağı tövsiyə etmişdir:

“Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəbir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

Uca Allahdan torpaqlarımızın tezliklə geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər