Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD 2015-ci ildə işğal etdiyi torpaqların 14%-ni itirib – FOTO

Dekabr 25
16:14 2015

“IHSJane’s” tədqiqat təşkilatının məlumatına əsasən, 2015-ci ildə İŞİD xəvaric terror qruplaşması işğal altında saxladıqları torpaqların 14 %-ni itirib. Suriya kürdlərinin nəzarət etdikləri ərazilər isə üç dəfə artıbdır.

İŞİD xəvaric terror qruplaşmanın itirdikləri ərazilər arasında Türkiyə və Suriya sərhəddində yerləşən strateji əhəmiyyətli Tal Abyad şəhəri, İraqın Tikrit və Neft Emalı Zavodu yerləşən Bayca şəhərləri yer tutur.

“Sələf Xəbər”in “Al Jazeera” ya istinadən xəbərinə görə,İŞİD xəvaric terror qruplaşmasının yükdaşıma zamanı istifadə etdikləri Rakka və Mosul şəhərləri arasındakı avtomobil magistral yolunun əsas hissəsini itirməsi də onlar üçün əhəmiyyətli itki olubdur.

Tədqiqat təşkilatının məlumatlarına görə, İŞİD xəvaric terror qruplaşması 12 800 kvadrat kilometr əraziyə nəzarəti itiribdir və hal-hazırda 78 000 kvadrat kilometr ərazini işğal altında saxlamaqda davam edir.

“IHSJane’s” tədqiqat təşkilatının yaxın şərq üzrə analitiki Kolumb Strak bildirib ki, Tal Abyad sərhəd qapısının üzərində nəzarəti itirən İŞİD xəvaric terror qruplaşmasına məxsus neft qurğularına hərbi hücumlardan sonra terror qruplaşması xeyli maliyyə sıxıntıları ilə üzləşib.

Xəritədə göstərilib :
qara rəngdə – İŞİD xəvaric terror qruplaşmasının nəzarət etdiyi ərazilər;
qırmızı rəngdə – İŞİD xəvaric terror qruplaşmasının 2015-ci ildə itirdikləri ərazilər;
yaşıl rəngdə – İŞİD xəvaric terror qruplaşmasının 2015-ci ildə işğal etdikləri ərazilər.

📷

suriye-map

Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir:

“Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”

Digər xəbərlər