Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD Avropanın mərkəzində baza qurub?

İyul 20
16:01 2015

Bosniya və Herseqovinanın bir kəndi yaxınlığında ərazi alan İŞİD xəvaric terror qruplaşması buradan Qərbə qarşı hücumlar üçün baza kimi istifadə edə bilər.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu iddia ilə İngiltərənin “Sunday Mirror” nəşri çıxış edib. Nəşrin iddiasına görə, geniş meşələrlə əhatə olunan Osve kəndində indiyə qədər 12 terrorçu təlim alıb və döyüşmək üçün Suriyaya gedib.

Bu kəndin çoxlu sayda sakininin Suriyaya getdiyini və axının hələ də davam etdiyini söyləyən terror mütəxəssisi Dzevaz Qalijasevic İŞİD xəvaric terror qruplaşmasının seçdiyi yerin əlçatmaz bir təpədə yerləşdiyini bildirib.

Adının gizli qalmasını istəyən bir kəndli ingilis jurnalistlə söhbətində meşədən nizamlı şəkildə silah səslərinin eşidildiyini söyləyib.

“Sunday Mirror” nəşri 1990-cı illərdə müharibə gedən Bosniya və Herseqovinada silah və sursat təchizatının digər Avropa ölkələri ilə müqayisədə daha asan olduğunu qeyd edib.

Xatırladaq ki, Rusiya Xarici İşlər naziri may ayında İŞİD xəvaric terror qruplaşmasının Kosovo və Bosniya və Herseqovinanın bəzi bölgələrindəki hərəkətlərindən narahatlığını ifadə edib.

Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.

Digər xəbərlər