Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD Azərbaycanda terror edə bilər – Türk mətbuatı

İyul 11
16:39 2016

Axar.az-ın Türkiyənin bir sıra nüfuzlu nəşrlərinə istinadən məlumatına görə təşkilat Azərbaycan və Şimali Qafqazdakı üzvlərinə yeni tapşırıqlar verib.

Kəşfiyyat qaynaqlarından əldə olunan məlumata görə, koalisiya qüvvələrinin hərbi əməliyyatları artdığından İŞİD terror hücumlarını artırmağı planlaşdırır.

25 nəfərlik qrup

Yeni plana əsasən, terrorçu təşkilat üzvlərinin Avropa və Türkiyəyə göndərilməsi üçün alternativ marşrutlardan – Azərbaycan, Gürcüstan və Kiprdən istifadə edəcək. Türkiyədəki əməliyyatlarda bir çox İŞİD üzvü deşifrə olduqdan sonra artıq 20-25 nəfərlik yeni qrup yaradılıb. Bu qrupa qısa müddət ərzində Türkiyəyə getmək tapşırığı verilib.

Azərbaycanlı İŞİD üzvləri

Türkiyə təhlükəsizlik dairələri iyunda rayon polis idarələrinə göndərdiyi xəbərdarlıqda Azərbaycan və Şimali Qafqazdan gələn terrorçular barədə xəbərdarlıq edib. Azərbaycanlı və Şimali Qafqazdan gələn terrorçuların Türkiyədə terror hücumu planlaşdırdığı yazılan xəbərdarlıqda İŞİD üzvlərinin ölkəmizdə də terror hücumuna hazırlaşdığı istisna edilməyib. Məlumata görə, terrorçular polislərə və ailə üzvlərinə qarşı təxribat hazırlaya bilər.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:

“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Allah bütün müsəlman dünyasını onların şərrindən qorusun… Amin!

Digər xəbərlər