Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD-in mühüm sirri açılıb

Mart 10
16:14 2016

Britaniyanın Sky News telekanalı “İraq və Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasının mənsubları ilə bağlı 22 min fayla yiyələnib.

Fayllarda terrorçuların ad və soyadları, telefon nömrələri, ev ünvanları, ailə üzvləri və qohumları barədə məlumatlar var.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, söhbət 51 ölkənin vətəndaşlarından gedir.

Fayllarda adları çəkilənlərin bir qismi artıq həlak olub.

Fəqət məlumatların dəyəri ondadır ki, həmin informasiyalar vasitəsilə İŞİD terror xəvaric qruplaşmasının Avropa, Yaxın Şərq, Şimali Afrika, ABŞ və Kanadadakı mənsublarını aşkarlamaq olar.

Bəzi fayllarda isə “canlı bomba” proqramı əsasında təlim keçmiş “şəhid”lərlə bağlı məlumatlar var.

Faylların olduğu fləş-kartı Sky News-a Əbu Hamed adlı şəxs verib. O, məlumatları İŞİD terror xəvaric qruplaşmasının daxili təhlükəsizlik sistemindən oğurlayıb.

“İŞİD terror xəvaric qruplaşmasının məlumatlar və informasiyanın qorunması sistemini yaradırdım. Lakin oradakı başıpozuqluğu, yalanları, İslam qaydalarına riayət olunmamasını görəndə İŞİD terror xəvaric qruplaşması məni pərişan etdi”, – deyə Əbu Hamed bildirirb.

Onun sözlərinə görə, İŞİD terror xəvaric qruplaşmasının özəyini İraqda mərhum prezident Səddam Hüseynin dönəmində iqtidarda olmuş BƏƏS partiyasının mənsubları təşkil edir.

Əbu Hamedin sözlərinə görə, Suriyada İŞİD terror xəvaric qruplaşmasının kürdlərə və Bəşər Əsədə düşmən olması barədə deyilənlər yalandır: “Əslində, İŞİD terror xəvaric qruplaşması Suriya ordusu və ölkənin şimalındakı kürdlərin YPG təşkilatı ilə birlikdə müxalifətçilərə qarşı döyüşür”.

Əbu Hamedin Sky News telekanalına verdiyi fləş-kartda İŞİD terror xəvaric qruplaşmasının 22 min terroçrusu barədə müfəssəl məlumatlar var.

Maraqlı məqamlardan biri də İŞİD terror xəvaric qruplaşmasına qatılmaq istəyən şəxslərə təqdim olunan anketdir.

23 sualdan ibarət bu sorğu anketi doldurulmalıdır. Suallar arasında “Cihadçı olmaq istəyirsən, yoxsa şəhid?” də var. Bu sual İŞİD terror xəvaric qruplaşmasına qatılmaq istəyən şəxsin dəstələrdən birində vuruşmaq və ya “canlı bomba” olmaq niyyətinin dəqiqləşdirilməsini nəzərdə tutur.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər