İŞİD-in sosial şəbəkə hesabları “əngəllənəcək”
772 dəfə baxılıb
Vaşinqtondakı Brookinqs İnstitutunun məlumatına görə, təkcə “Twitter”-də İŞİD terror xəvaric qruplaşmasıyla əlaqəli 90 minə yaxın hesab var.
“Sələf Xəbər” BBC-yə istinadən bildirir ki, Avropada sosial şəbəkələrdə İŞİD terror xəvaric qruplaşması ilə əlaqəli hesabların tapılması və əngəllənməsi üçün polislərdən ibarət xüsusi komanda yaradılır.
Vaşinqtondakı Brookinqs İnstitutunun məlumatına görə, təkcə “Twitter”-də İŞİD terror xəvaric qruplaşması ilə birbaşa və ya dolayı yolla əlaqəli 90 minə yaxın hesab var.
ABŞ-da aparılmış araşdırmaya əsasən isə, “Twitter”-də İŞİD terror xəvaric qruplaşmasıyla əlaqəli 46 min hesab var. Bu hesablar vasitəsilə qruplaşma öz sıralarına yeni üzvlər cəlb etməyə çalışır.
Avropa Polis Agentliyi (Europol) bir neçə sosal media şirkəti ilə işləyəcəyini bildirsə də, şirkətlərin adı açıqlanmayıb.
Polis hesabların müəyyənləşdirilməsi üçün işə iyul ayının birindən başlayacaq.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.