İŞİD Şimali Qafqazda “vilayət” yaradıb
900 dəfə baxılıb
“İraq Şam İslam Dövləti” terror xəvaric qruplaşması Şimali Qafqazda öz vilayətini yaratdığını elan edib.
“Sələf Xəbər”in APA. tv-yə istinadən məlumatına görə, bu barədə İŞİD terror xəvaric qruplaşmasının mətbuat katibi Əbu Məhəmməd əl-Adani açıqlama verib.
“Qafqaz vilayəti”nin yaradılması Dağıstan, Çeçenistan, İnquşetiya, Kabardin-Balkar və Qaraçay-Çərkəzdəki silahlı qruplaşmaların İŞİD terror xəvaric qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içməsindən sonra elan edilib. Andı Rusiyada qadağan edilmiş “İmarət Qafqaz” qruplaşmasının üzvləri içiblər.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yevgeni Lukyanov İŞİD terror xəvaric qruplaşmasının Rusiya üçün təhlükə olduğunu etiraf edib. O xatırladıb ki, İŞİD terror xəvaric qruplaşması sıralarında əsasən Şimali Qafqazdan olan 2000-ə yaxın Rusiya vətəndaşı var.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.