İŞİD terror xəvaric qruplaşmasından ayrılanlar
1. 051 dəfə baxılıb
“Sələf Xəbər” www.businessinsider.com saytına istinadən İŞİD terror xəvaric qruplaşmasının caynağından qurtulmağı bacarmış keçmiş döyüşçülərin aqibəti barədə məqaləni təqdim edir:
Bir nəfər xəlvətcə küçənin küncündə dayanıb, üzü örtülüdür, gərgin gözləri kütlənin arasında “İslam Dövləti” terror xəvaric qruplaşmasının döyüşçülərini axtarır. Bir il öncə Suriyanı tərk etməzdən əvvəl o da onlardan biri idi və indi çox qorxur. İndi ağına-bozuna baxmadan insanların öldürülməsini, qadınlara zorakılıq tətbiq edilməsini, yeməklərin ancaq çörək, pendir və ya yağdan ibarət olduğu çətin günləri həyəcanla xatırlayır.
O deyir ki, döyüşçülər bıçağı onun boğazına dirəmiş və İslamda müharibəyə dair bir Quran ayəsi oxumağı tələb etmişdilər. “Cihaddan tamamilə fərqli bir müharibə idi” – bunu öldürülmək qorxusundan yalnız soyadını bildirən Geyt deyir. Geyt suriyalı əsgərlərə təslim olub.
Dünyanın bütün ölkələrindən əcnəbilər “İslam Dövləti” terror xəvaric qruplamasının sıralarına qoşulsa da, bu gün İraqda, Suriyada həyat onların gözlədiyindən daha sərt və zorakıdır. Ümidi boşa çıxmış yeni döyüşçülər az sonra başa düşür ki, onlardan ayrılmaq, onlara qoşulmaqdan daha çətindir. Suriya İnsan Haqları Müşahidə Evinin verdiyi məlumata əsasən, “İslam Dövləti” terror xəvaric qruplaması son 6 ay ərzində öz 120 üzvünü qətlə yetirib və onlardan əksəriyyəti evə qayıtmaq ümidində olan əcnəbi döyüşçülər olub.
Hətta, onlar qaçmağa nail olsaydılar belə, keçmiş döyüşçülər öz ölkələrində terrorçu və milli təhlükəsizliyə təhdid hesab olunur. Şimali Afrika və Avropada minlərlə keçmiş döyüşçü nəzarət altında və ya həbsdədir. Ötən ay Parisdə baş vermiş terror hücumu zamanı keçmiş döyüşçülər 17 nəfəri qətlə yetirib.
“Hər qayıdan potensial cinayətkar deyil. Heç də hamı kimisə qətlə yetirməyəcək. Lakin onların bir qismi nə desən edər ”, – deyərək Fransanın terror əleyhinə Baş hakimi Mark Trevidik bildirib.
Associated Press agentliyi onlarla keçmiş döyüşçü ilə, onların ailələri və vəkilləri ilə “İslam Dövləti” terror xəvaric qruplaşmasında həyatlarına və oradan qaçışlarına dair söhbət aparıb. Onların çoxu döyüşçülərin onlardan qisas alacağı qorxusu ilə adlarının açıqlanmaması şərti ilə danışmağa razı olublar.
Qardaşı Mehdi Akkarinin sözlərinə əsasən, Tunisdə Yusif Akkari saatlarla öz otağında oturaraq dini nəğmələrə qulaq asır və kitab oxuyurmuş. Bir gün ailəsi onun Suriyaya getdiyi barədə xəbər tutur.
Lakin o, öz eynəyini itirir və döyüşə qatıla bilmir. Odur ki, yeni qoşulanlara cihad barədə moizələr oxumaq ona həvalə edilir. 7 ay sonra o döyüşə qoşulmuş 2 qardaşla birgə qaçış planı hazırlayır. Qardaşlar aşkarlanaraq qətlə yetirilir. Yusif kürd döyüşçülərinin köməyi ilə Tunisə qayıdır. Bir tərəfdən polislərin işkəncəsindən, digər tərəfdən isə kinli döyüşçülərdən qorxur. Nəhayət, o, Suriyaya qayıdır və oktyabr ayında hava hücumları nəticəsində həlak olur.
“İslam Dövləti” terror xəvaric qruplaşması, döyüşçülərin öz sıralarına qoşulduqları andan oranı tərk etməməsinin qarşısını almağa xüsusi nəzarət edir.
İlk olaraq onlar yeni əsgərlərin şəxsiyyətlərini təsdiq edən sənədləri alırlar. 18 yaşlı səudiyyəli Həməd Əbdulrəhmanın sözlərinə əsasən, ötən yay Suriya sərhədində döyüşçülər onu qarşılayıb və Suriyanın Təbəqa şəhərindəki təlim düşərgəsinə aparıblar. “Onlar bütün sənədlərimi aldılar və məndən soruşdular ki, döyüşçü, yoxsa intiharçı olmaq istəyirəm” – Əbdulrəhman bunları Bağdaddakı həbsxanadan Associated Press agentliyinə müsahibəsi zamanı bildirib. O, döyüşməyi seçib. Onun sözlərinə əsasən, o düşərgədə çoxlu sayda əcnəbilər olub. Gündəlik olaraq ibadətlər edilib, şəriət, İslam hüququ dərsləri, idman və döyüş təlimləri keçirilib.
Sentyabr ayının əvvəllərində o, iraqlı qüvvələrə təslim olub. İraq Müdafiə Nazirliyinin qeydə aldığı videoyazıda Əbdulrəhmanın həbs olunduqdan bir neçə dəqiqə sonra özünü əsgərlərə tanıtması görüntülənir.
Digər tunisli döyüşçü, Əli, 2013-cü ilin qış mövsümündə kuryer kimi təyin olunduqdan sonra oradan qaçıb. O, 3 həftə ərzində Suriya və Tunis arasında 4 səfər edib, xəbərlər, pul və təbliğat videoları ötürüb.
Tunisə son səfəri zamanı isə o daha geri qayıtmayıb. “Özümü terrorçu kimi hiss edirdim, elədiklərimdən sarsılmışdım” – insanlar yaxınlaşdıqca səs tonunu və hərəkətlərini yavaşladan Əli deyib.
Hökumət üçün geri qayıdan döyüşçünün “İslam Dövləti” terror xəvaric qruplaşmasından qaçdığını, yoxsa onların zorakılığını yaymaq üçün vətənə qayıtdığını müəyyən etmək qəliz məsələdir.
Fransa geri qayıtmış 154 döyüşçünü həbs edib və 3000 nəfər isə nəzarət altındadır. Britaniya geri qayıtmış 165 nəfəri həbs edib və Almaniyada vətənə qayıtmış 180 döyüşçüdən 30-u son dərəcə təhlükəli hesab olunur. Onların nə niyyətlə qayıtdıqlarını anlamaq mümkün deyil.
“(Fransada bir çoxları düşünür ki,) onlar cəzalandırılmalıdır. Vəssalam. Lakin bu adamlar şahidlik edib digərlərini fikrindən daşındıra bilərlər”, – deyərək Ədliyyə Naziri Kristian Tobira bildirib.
Fransalı hüquqşünas Martin Pradel bildirib ki, onun müştərisi ötən qış suriyalı mülki şəxslərin tərəfində vuruşmaq üçün Strasburqdan Suriyaya yollanan 10 nəfərdən biridir. Lakin onlar yalnışlıqla döyüşçülərin nəzarət etdiyi ərazilərə keçiblər, döyüşçülər isə onların casus və ya düşmən olduğunu zənn edib. 2 həftə həbsdə saxlanıldıqdan sonra, onları digər bir həbsxanaya keçirib və orada da 3 həftə qapalı şəraitdə saxlayıblar.
Fransalı yeni döyüşçülərdən ikisi pusquda həlak olub. Onlar diqqət cəlb etməmək üçün bir-bir oradan uzaqlaşmağa başlayıblar. “Onlar çöllərlə gecə qaçıblar, sərhədi demək olar ki, sürünərək keçiblər” – Pradel deyib. Onun müştərisi türk səlahiyyətli orqanlarına təslim olub. Şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün, Fransa səfirliyindən müvəqqəti tranzit sənədləri əldə edib. O, hal-hazırda Fransada həbsxanadadır və hökumət strasburqlu döyüşçüləri ekstremistlər üçün təbliğat dərnəkləri təsis etməkdə ittiham edir.
Tuluzalı 4 fransız döyüşçünün də vəkilləri onların eyni yolla qaçdıqlarını bildirir. İmad Cibəli adlı keçmiş döyüşçünün vəkili Pyer Dunak bildirir ki, onlar Suriyaya mülki şəxslərə kömək ümidilə gedib, lakin “İslam Dövləti” terror xəvaric qruplaşmasının ərazilərinə keçərək həbsə atılıblar. Dunakın sözlərinə əsasən, bir gün gözətçi onların sənədlərini verərək deyib: “Mən namaz qılmağa gedirəm” və onları düz qapının yanında qoyaraq gedib. Dunak deyir: “Onlar başa düşüb ki, gözətçi onlara getməyə icazə verib. Niyə? Çox təəccüblüdür…onlar özləri də onun niyə belə elədiyini başa düşməyiblər”.
Onlar türk əsgərlərinə təslim olub və Fransaya deportasiya ediliblər. Hal-hazırda həbsxanadadırlar və terrorçuluqda ittiham olunurlar. Tunisdə, ölkəyə qayıtmış 400 döyüşçünün əksəriyyəti nəzarət altındadır və Geyt indi bir çox göstəricilərə əsasən azaddır. Lakin o, özünü azad hiss etmir. Onun boynunda hələ də döyüşçülərin bıçağının izi var. O deyib: “Bu inqilab və ya cihad deyil. Bu, qırğındır”.
Sələf Xəbər: “Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab” 24)