Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İslam irsini Avropada əks etdirən 10 məscid – FOTO

Fevral 20
16:22 2016
📷

eu-mo-1

1. İspaniyanın Əl-Əndəlus əyalətinin keçmiş paytaxtı Kordoba şəhərində İslam mədəniyyətinin izləri bu günə qədər saxlanılmaqdadır. Ərəb xilafətinin vaxtında burada bir çox məscidlər inşa olunsa da onlardan ən görkəmlisi “Mesheti” məscididr.

📷

eu-mo-2

2. Makedoniyanın Tetova şəhərində məscid.
XV əsrdə tikilmiş məscid XVII əsrdə baş vermiş yanğından sonra şəhərin o vaxtkı hakimi Əbdürrəhman Paşa tərəfindən yenidən bərpa olunub.

📷

eu-mo-3

3. Litvada tatar məscidi. Litva knyazının şəxsi mühafizəsi üçün xüsusi olaraq gətirilmiş Krım tatarları tərəfindən 1558-ci ildə tikilib.

📷

eu-mo-4

4. Polşada tatar məscidi. 1871-ci ildə tikilmiş bu məscid ölkənin ən qədim məscidi hesab olunur.

📷

eu-mo-5

5. Belarusiyanın Novoqrudok şəhərində tatar məscidi.

📷

eu-mo-6

6. İsveçin cənubunda yerləşən Malmö şəhərində məscid. Məscid 1984-cü ildə Səudiyyə və Livan dövlətlərinin dəstəyi ilə tikilib.

📷

eu-mo-7

7. Avstriyanın Vyana şəhərində 1979-cu ildə tikilmiş məscid.

📷

eu-mo-8

8. Almaniyanın Berlin şəhərində Ömər ibn əl-Xəttab məscidi.

📷

eu-mo-9

9. İtaliyanın Roma şəhərində İslam Mədəniyyət Mərkəzi. Avropanın ən böyük məscidlərindən biri 23 ərəb ölkəsinin dəstəyi ilə tikilib.

📷

eu-mo-10

10. Almaniyanın Pensberq şəhərində 2005-ci ildə tikilmiş məscid müasir Avropa və İslam memarlığının parlaq nümunəsidir.

Mənbə: İslam-Today

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).
“Əgər ən böyük qanun pozanlar məscidlərdə Allahın adını zikr etməyi qadağan edən günahkarladırsa, ən ləyaqətli möminlər, maddi və mənəvi cəhətdən məscidləri quranlardır. Məhz buna görə, Uca Allah buyurur: “Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara) Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (Müqəddəs Quran, “Tövbə” surəsi, 17-18-ci ayələr). Bundan əlavə, Allah məscidlər ucaltmaq, onlara hörmət bəsləmək və abadlaşdırmağı əmr edib. Allah buyurur: “(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə). Məscidlərə, adı çəkilən gözəl ayələrdə məğzi şərh olunan bir çox dini ehkamlar şamil olunur” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər