Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Katolik kilsələr məscid olacaq!

İyun 16
14:38 2015

Fransa hökuməti yerli müsəlman icmasının yaşadığı məscid problemini həll etmək üçün icma rəhbərləri ilə müzakirələr keçirib.

“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, danışıqlarda iştirak edən imamlardan biri boş katolik məbədlərin binasının bu məqsədlə istifadə olunmasını təklif edib. Hazırda Fransada ümumilikdə 2500 məscid var, 300-ü isə inşa edilir. Paris Böyük məscidinin direktoru isə bu rəqəmlərin İslam tərəfdarlarının ehtiyaclarına uyğun olmadığını müdafiə edir.

Qeyd edək ki, Fransada 5 milyondan çox müsəlman yaşayır və bu, Avropanın ən böyük müsəlman icmasıdır. Həmçinin ölkədə 4 milyon katolik və təxminən 40 000 kilsə var. Katoliklər və xristian liderlər də müsəlmanların tələbini tamamilə qanuni hesab edirlər.

Sələf Xəbər: Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)

Digər xəbərlər