Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Kazanın mərkəzində məscid tikiləcək

Oktyabr 27
19:48 2014

“Sələf Xəbər” islam-today.ru saytına istinadən bildirir ki, tezliklə RF Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinin mərkəzində yeni məscid tikiləcək.

Qadınlar üçün ayrıca zal və dəstəmazxana ilə təchiz olunmuş məscidin özəlliyi ərazisində 100% halal qida mətbəxi olan kafe və restoranın nəzərdə tutulmasıdır.

Yeni məscid “Tuqan avılım” restoran kompleksində yerləşəcək.Tatarıstan Respublikasının müftisi Kamil Samiqullin kompleksə baş çəkib və məscidin yerləşəcəyi tikiliyə baxış keçirib.

“Tuqan avılım” restoran kompleksinin sahiblərindən biri Radik Muharrəmov bildirib ki, yeni məscid gecə-gündüz açıq olacaq.

“Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər