Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Kral Salman ilk dəfə ABŞ-a səfərə gedəcək

Avqust 28
19:27 2015

Kral Abdullah ibn Əbdüləzizin vəfatının ardından taxta çıxan Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz ABŞ-a ilk dəfə səfər edəcək.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən bildirir ki, bu haqda Ağ Ev məlumat yayıb.

Verilən məlumata görə, prezident Barak Obama sentyabrın 4-də Kral Əbdüləzizlə Ağ Evdə görüşəcək.

Ağ Evin mətbuat katibi Josh Earnest görüşün bəzi detallarını açıqlayıb:

“Kralın taxta çıxmasından sonrakı ilk Washington ziyarəti ABŞ və Səudiyyə Ərəbistanı arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayır. Başçı və Kral təhlükəsizlik və terrorla mübarizə səyləri barədə müzakirə aparacaq”.

Earnest iki liderin görüşdə Yəmən və Suriyadakı qarşıdurmalar və İranın sabitliyi pozan hərəkətləri ilə mübarizə üçün atılan addımları da gündəmdə saxlayacaqlarını bildirib.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər