Kubada müsəlmanlar üçün ilk dəfə məscid açılıb
891 dəfə baxılıb
Kubada Ramazan ayında müsəlmanların ibadətlərini yerinə yetirmələri üçün məscid istifadəyə verilib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Türkiyə Diyanət Vəqfinin baş direktoru İsmayıl Palakoğlu Kubada Ramazan ayında müsəlmanların ibadətlərini yerinə yetirmələri üçün məscid açıldığını və bu məscidin Diyanət Vəqfi tərəfindən Kubada tikilən məscid hazır olana qədər açıq olacağını deyib.
Kuba hökumətinin Havanada tarixi bir məkanı məscid üçün ayırdığını bildirən Palakoğlu, Ramazan ayında buradakı müsəlmanların ilk dəfə bir məkanda gecə namazı və cümə namazlarını qıldığını qeyd edib.
Palakoğlu Türkiyə tərəfindən inşa ediləcək məscidə yer ayrıldığını, layihələndirmə və texniki hazırlıqlarla bağlı prosesin başladığını da bildirib.
Sələf Xəbər: Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)