Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Latviyada hicabla bağlı yeni qərar verilib

Avqust 15
15:41 2015

Latviyada qadınlara yalnız milli naxışlarla bəzədilmiş hicab geyinməyə icazə verilib.

Latviyada qaçqınların inteqrasiyası üzrə qrup qadınlara qeyri-adi hicab qadağası qoyub. Bu ölkədə müsəlman qadınlar yalnız milli naxışlarla bəzədilmiş hicab geyinə bilərlər.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, Latviyanın Avropa məsələləri üzrə parlament komissiyasının katibi Aleksandr Krişteyns “Twitter” səhifəsində bu barədə yazı paylaşıb.

Dövlət başçısı Raymond Veyonis hələ avqustun 11-də hicab haqqında müzakirələr aparmağı təklif etmişdi. Onun fikrincə, bu müzakirələri ölkədə müsəlman cəmiyyət formalaşana qədər başlamaq lazımdır.

Latviya və digər Baltikyanı ölkələrə Afrika və Yaxın Şərqdən qaçqınların kütləvi axını və bunun nəticələri haqqında müzakirələr may ayından başlayıb. Lakin müharibələrin qurbanı olmuş və səfalətlə qarşılaşmış insanların Aralıq dənizindən keçərək axını zamanı Baltikyanı ölkələrin onların yalnız bir qismini qəbul edəcəyi haqqında məlumatlar yayılmışdı. Bildirilmişdi ki, bu ölkələrin hər biri yalnız bir neçə yüz qaçqın qəbul edəcək.

Bununla belə, Latviya, Litva və Estoniya əhalisinin bir qismi bunun əleyhinədir. Onlar immiqrantlar gələrsə, ölkələrində cinayətkarlığın, dini ekstremizmin və mədəniyyət fərqinə görə baş verən münaqişələrin, toqquşmaların artacağını düşünürlər.

Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!

Digər xəbərlər