Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müsəlman qadına pis davranan həkim cəzaya məhkum edilib

Aprel 09
15:45 2015

Dini ayrı-seçkilik ombudsmanı məsələyə müdaxilə edib.

İsveçdə bir həkimə müsəlman qadınla sərt davrandığına görə pul cəriməsi verilib.

“Sələf Xəbər”in “A24.az”-a istinadən xəbərinə görə, bu barədə İsveç rəsmi xəbər agentliyi “TT” məlumat yayıb. Məlumata görə, həyat yoldaşı ilə xəstəxanada qadın xəstəlikləri şöbəsinə müraciət edən bir qadını kişi həkim qarşılayıb. Qadın dini inancına görə, əlini uzadan həkimə başıyla salam verib. Bu səbəbdən qadın xəstəyə əsəbiləşən həkim əvvəl xəstəni təhqir edib sonra da xəstəni qadın həkimə göndərmək yerinə onunla pis davranıb. Xəbərdə qadın və həkimin şəxsiyyəti açıklanmayıb.

Hadisədən sonra qadın və həyat yoldaşı həkimi şikayət edib. Hadisəyə müdaxilə edən dini ayrı-seçkilik ombudsman hakimi həkimi 75 min kron (7500 avro) təzminat ödəməyə, həmçinin, qadın və həyat yoldaşından üzr istəməyə məhkum edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə buyurmuşdur: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir”. (Qurani-Kərim, “Mucadilə” surəsi, 20,21-ci ayələr)

Digər xəbərlər