Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müsəlmanlar üçün xüsusi telefon satışa çıxarılacaq

Oktyabr 25
19:42 2014

“Sələf Xəbər” virtualaz.org-a istinadən xəbər verir ki, noyabrın sonunda Rusiyada müsəlmanlar üçün mobil telefon satışa çıxarılacaq.

Rusiya Müsəlman Qadınları İttifaqının sədri Nailə Zqanşina jurnalistlərə deyib ki, “BQ İstanbul” adlı bu telefonların yaddaşına “Quran”ın ərəb və rus dillərində mətnləri yerləşdirilib. Menyü sadə olduğundan surələri tez tapıb oxumaq mümkündür.

Telefonda istifadəçini namaza çağıran zəng – “namaz zəngi” də olacaq. İstifadəçinin yerindən asılı olaraq telefon namaz vaxtını müəyyənləşdirib gündə beş dəfə bu barədə onu xəbərdar edəcək.

Digər xəbərlər