Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

“New York Times” üçün İslam xərçəngdən daha qorxuluymuş

Mart 08
17:34 2016

“416 Labs” konsaltinq şirkəti tərəfindən aparılan son araşdırmaya görə, Amerikanın məşhur “New York Times” qəzetinin İslam dininə münasibəti, xərçəng xəstəliyinə münasibətdən daha pisiymiş.

Tədqiqatçılar 1990-2014-cü illər ərzində qəzetin çap və elektron variantındakı məqalə başlıqlarını nəzərdən keçirərək onları neqativ, pozitiv və neytral mənalar üzrə sıralayıblar.

Məlum olub ki, İslam ilə əlaqədar mətn başlıqlarının 57%-ində mənfi yönümlü mənanı əks etdirməyə çalışılıb. Halbuki onkoloji xəstəliklər haqqındakı başlıqlarda bu göstərici cəmi 34% təşkil edib.

Tədqiqatın üzvlərindən olan Üseyd Siddiqinin sözlərinə görə, tədqiqatı apararkən “New York Times” qəzetində İslam dininin mənfi ünsür kimi təqdim edilməsi onlar üçün yenilik deyil. “Lakin islam dinininə əsrin bəlası olan xərçəng kimi bir xəstəlikdən daha mənfi yanaşılması bizi olduqca heyrətləndirdib”, – deyə tədqiqatçı bildirib.

Analitiklərin məlumatına əsasən, 2014-cü ildə islam haqqında mənfi başlıqlı məqalələrin sayı 1000-dən çox olub. əgər 2009-cu ildə İslam dini haqqında məqalə başlıqlarının 35%-i mənfi yönümlü olubsa, 2015-ci ildə bu göstərici artaraq 68% -ə çatıbdır.

Müqayisə üçün onu da bildirək ki, xristianlıq və yəhudilik dinləri haqqındakı neqativ tərzli məqalələr isə islam dinindən 20% daha az mənfi yönümlü kimi qələmə verilib.

Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd).

Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.

Digər xəbərlər