Nitsa terrorunda həlak olanların 30 nəfəri müsəlmandır – VİDEO
791 dəfə baxılıb
14 iyul 2016-cı il tarixdə Fransanın Nitsa şəhərində Bastiliyanın alınması günü şərəfinə keçirilən tədbir zamanı terror qurbanı olmuş 84 nəfərin şəxsiyyəti artıq rəsmi olaraq təsbit edilib. Hadisə zamanı yaralananların sayı artaraq 308 nəfərə çatıb. Bu barədə terrorla əlaqəli halların araşdırılması ilə məşgul olan Paris prokurorluğu məlumat verib.
“Sələf Xəbər”in ” New York Times” nəşrinə istinadən xəbərinə görə, dəhşətli terror aktının qurbanlarının üçdən bir hissəsinin müsəlman olduğu məlum olub. Regional İslam Assosiasiyasının bildirdiyinə görə, Nitsada törədilən terror aktı zamanı təxminən 30 nəfər müsəlman həlak olub. Yerli müsəlman təşkilatının nümayəndəsi Kyausar bin Salemin sözlərinə görə, terror aktı zamanı həlak olan müsəlamanlar arasında kişilərlə yanaşı, qadın və uşaqların da olduğu bildirilib. Çərşənbə axşamı günü Nitsa məscidində həlak olan üç Tunis əsilli fransalı müsəlman üçün cənazə namazı qılınıb.
Fransa Xarici İşlər Nazirliyinin məlumatına əsasən, ABŞ, Almaniya, Fransa, Rusiya, Estoniya, Tunis və İsveçrə olmaqla, 13 müxtəlif ölkənin vətəndaşı Nitsedə baş vermiş terrorun qurbanı olub.
Xatırladaq ki, Nitsa şəhərində baş verən terror hadisəsinə görə bir çox qərb mediası və şərhçiləri həmişəki kimi yenə də İslam dinini və müsəlmanları günahlandırmağa tələsdilər. Hadisənin səbəkarına gəlincə isə, Tunis əsilli Fransa vətəndaşı Muhamməd Buhləl qərb mediası tərəfindən müsəlman kimi qələmə verilsə də Fransa hüquq-mühafizə orqanları tərəfindən terrorçunun mobil telefonundan əldə olunan məlumatlarda əks olunan materiallara əsasən demək olar ki, o, İslam dini və əxlaqından uzaq bir həyat tərzi sürüb.
Sələf Xəbər: XX-ci əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir, və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur.” (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları).