Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Obama bu dəfə də “soyqırımı” ifadəsi işlətmədi

Aprel 24
16:36 2015

ABŞ prezidenti növbəti dəfə bəyanatında “soyqırımı” ifadəsindən istifadə etmədi.

“Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələr XX əsrin ilk kütləvi qətlidir”.

“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar verdiyi bəyanatda bildirib.

“Mən dəfələrlə 1915-ci ildə baş verənlərə öz münasibətimi ifadə etmişəm və bu mövqe dəyişilməz qalır. Faktların tam etiraf edilməsi bizim hamımızın maraqlarına cavab verir”, – deyə Barak Obamanın bəyanatında qeyd olunub.

Qeyd edək ki, ABŞ prezidenti növbəti dəfə bəyanatında “soyqırımı” ifadəsindən istifadə etməyib.

Barak Obama bəyanatında Amerika və erməni xalqları arasında olan birliyini xüsusi qeyd edib: “Adi amerikalılar əziyyət çəkən erməni uşaqlarına yardım məqsədilə milyonlarla dollar toplayıblar, Konqres isə ilk beynəlxalq humanitar təşkilat olmuş Yaxın Şərqdə yardımın göstərilməsi üzrə təşkilat təsis edib. Minlərlə erməni ABŞ-da yeni həyata başlayıb və burada Amerika ictimaiyyətinin təməllərindən birinə çevrilmiş güclü diaspora qurub”.

Obama Osmanlı imperiyasında 1915-ci il hadisələrin 100 illiyinin “kədərli məqam” olduğunu bildirib: “Bu, tarixi yaddaşın əhəmiyyəti barədə düşünmək və həmçinin keçmişdə baş vermiş faktların etirafının çətin olsa da mühüm olmasına dair bizim hamımıza bir çağırışdır”, – deyə o bildirib.

“ABŞ prezidenti tarixin bu qaranlıq səhifəsini işıqlandırmağa çalışan Roma Papası Fransiskin, türk və erməni tarixçilərinin mövqelərini alqışlayır”, – deyə bəyanatda bildirilib.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd Peyğəmbərə nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdur. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər