Ömründə bir dəfə də müsəlman görməyən şotlandiyalı İslamı qəbul edib.
1. 070 dəfə baxılıb
Şotlandiya sakini Alan Runey həyatı boyu heç bir müsəlmanı tanımadığı və söhbət etmədiyi halda, özü İslamı qəbul edərək müsəlman olub.
İslam dininə maraq Alan Runeyin Türkiyəyə ilk səfəri zamanı yaranıb. Belə ki, azan səsini eşidən şotlandiyalı qarşısına çıxan kitab mağazasından “Qurani-Kərim” alaraq onu oxumağa başlayıb.
Onun sözlərinə görə, müqəddəs kitabda yazılanlar onun həyata münasibətini yenidən nəzərdən keçirməyə və bir sıra dəyişikliklər etməyə səbəb olub.
“Mən artıq bilirdim ki, bütün bu dəyişikliklər sonda mənim müsəlman olacağımla nəticələnəcək” – deyə, şotlandiyalı bildirib.
Alan Runeyin dediyinə görə, o,”Qurani-Kərimi” düz üç dəfə oxuyaraq kitabda şübhə doğuracaq şeylər tapmağa çalışıb. Lakin kitabda yazılanların hər biri məntiqə uyğun, şübhəyə əsas verməyən kəlamlar idi. Beləliklə də şotlandiya sakini 1,5 il sonra İslamı qəbul edərək müsəlman olub.
“Mən bütün müsəlmanlar kimi gündə 5 vaxt namaz qılır, oruc tutur və dinimizin halal buyurduqlarından istifadə edərək yaşamımı davam etdirirəm. Mən bu vaxta kimi heç vaxt müsəlman olan insanla rastlaşmamışam və bu dinə heç kimin yardımı olmadan gəlmişəm”- deyən şotlandiya sakini sözlərini bu cümlələrlə yekunlaşdırıb – “Mən artıq orta yaşlı şotlandiyalı bir müsəlmanam və mən olduqca xoşbəxtəm”.
Mənbə: The Express Tribune
Sələf Xəbər: İslam şəriəti ədalətlidir
İslam şəriəti öz əsasında, məsləkində, kamilliyində və hökmlərində Rəbbani şəriətdir. O, ötən şəriətlər üzərində hakimdir və Qiyamət qopanadək daima qalacaqdır. Ona görə də onun bütün hökmləri orta və ədalətlidir. Bu haqdaAllah taala buyurur:
“(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik…” (əl-Bəqərə: 143).
Bəzi alimlər deyirlər: “Allah onları dində orta yol tutduqlarına görə adil adlandırmışdır. Onlar nə həddini aşan, nə də qayğısız deyillər, onlar ədalətlidirlər. Allah onları belə təsvir etmişdir. Çünki Allahın ən çox sevdiyi iş, ədalətli işdir”.Yuxarıdakı ayənin ərəbcəsində keçən “vəsət” sözü, ərəb dilində xeyir mənasını daşıyır. Buna görə də bir nəfəri tərifləmək üçün misal olaraq: “Filankəs öz tayfası arasında vəsətdir (ədalətli və ortamövqelidir)” – deyirlər. Bu baxımdan vəsət sözü adillik və ortamövqelilik mənası ilə açıqlanmışdır. Çünki insanların ən xeyirlisi adıl olanıdır.
Qanun və düsturların tətbiqində adil, orta mövqeli olmaq asan iş deyil. Qanun və düstur qoyan bəşər övladları orta mövqe tutmaqda acizlik çəkirlər. Onlardan bəziləri tam sol tərəfə, bəziləri isə tam sağ tərəfə yönəlirlər. İslam şəriəti bu yöndə tayı-bərabəri olmayan, yeganə mövqe tutur. Onun müəyyən etdiyi işlərdə nə ifratçılıq (həddini aşmaq), nə də laqeydlik vardır. Əksinə o, adillikdən əsla üz döndərməyən ortamövqeli və ədalətli şəriətdir.Bu bir sübut edir ki, adil və orta mövqeli qayda-qanun yaratmağa yalnız İslam şəriəti qadirdir. Çünki bu şəriət Allah tərəfindən nazil olunmuşdur. Allah, hər şeyin haqqını doğru hesaba alan, əməlləri dəqiq tərəzidə çəkən, hər şeyi saya-hesaba alan, heç bir şeyi faydasız yaratmayan, naqis və eyibli sifətlərdən uzaq olandır. Elə buradan da, İslam şəriəti ortamövqeliliklə vəsf olunmuşdur. İslam şəriətinin ədalətli olması, naqis məxluqun təsəvvür etdiyi kimi deyil, Allah taalanın istəyinə uyğun, adil olmasıdır. Orta: həddi aşmadan adil, naqislik olmadan ədalətli olmaqdır.
Bəzi alimlər deyirlər: “Orta: dairənin mərkəzi kimi, tərəf nisbətlərinin özünə bərabərməsafəli olmasıdır. İfrat (həddini aşmaq) və təfrit (laqeydlik) baxımından, hər tərəfdən özünü əhatə etmiş pis işlərin ortası olan bu yaxşı işlər, sonralar bəşəriyyətin gözəl işlərinə bir ad olaraq verilmişdir”.