Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Oruc yasağına görə qarşıdurmada 18 nəfər ölüb

İyun 27
16:08 2015

Oruc yasağına görə qarşıdurmada 18 nəfər ölüb

Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda oruc tutmağın qadağan edilməsi ilə əlaqədar polis və əhali arasında qarşıdurma yaranıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, uyğurlar Qaşqar şəhərində polisə hücum edib.

Uyğurların hücumundan sonra isə polisin həyata keçirdiyi əməliyyat nəticəsində 18 nəfər ölüb.

Qeyd edək ki, Çin rəhbərliyi keçən il olduğu kimi, bu il də Sintszyan-Uyğur Muxtar Rayonunda məmur, şagird və müəllimlərin oruc tutmasını qadağan edib.

Sintszyan-Uyğur Muxtar Rayonunda müsəlman uyğurlar və çinlilər arasında daim gərginlik yaşanır. Son illərdə yaşanan qarşıdurmalarda bölgədə yüzlərlə adam həlak olub.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və onların Tək Ona edilən ibadətlərini asanlaşdırmasını diləyirik. Uca Allahdan diləyirik ki, O bütün müsəlmanları doğru yola yönəltsin və onlara dinlərinə tam şəkildə etiqad etməyə kömək etsin. Həmçinin Allah-Təaladan İslama istehza edən kafirləri alçaltmasını və cəzalandırmasını istəyirik. Amin!

Necə ki Uca Allah buyurmuşdur: “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir”. (Qurani-Kərim, “Şərh” surəsi, 5-ci ayə)

Digər xəbərlər