Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Parisdə daha bir terrorçu-kamikadze özünü partladıb – VİDEO

Noyabr 18
16:26 2015

Paris yaxınlığında keçirilən əməliyyat zamanı terrorçu-kamikadze özünü partladıb.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, qadın üzərindəki partlayıcı qurğunu işə salıb.

Polislər daha bir terrorçunu məhv ediblər, 3 nəfər isə saxlanılıb.

Qeyd edək ki, Sen-Denidə keçirilən əməliyyatın məqsədi Parisdəki terror aktlarının təşkilində şübhəli bilinən Abdelhamid Abaudun saxlanılması olub.

🎬

Sələf Xəbər: XX əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur”. (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları)

Digər xəbərlər