Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Parisdən Qahirəyə uçan təyyarə itkin düşüb

May 19
16:14 2016

MS804 təyyarəsinin göyərtəsində 59 sərnişin və 10 ekipaj üzvü olub.

“Sələf Xəbər” BBC-yə istinadən bildirir ki, Misir hava yollarının məlumatına görə, Parisdən Qahirəyə uçan EgyptAir təyyarəsi radardan itib.

Təyyarənin şərqi Aralıq dənizində itkin düşdüyü bildirilir. Rəsminin sözlərinə görə, təyyarə Qahirə vaxtı ilə 02:45-də (00:45 GMT) radarla əlaqəni itirib.

Təyyarə Misirin hava məkanına girərkən radarlardan itib, bu zaman o, 37 min fut (təxminən 11 km) yüksəklikdə olub.

Şirkət bildirib ki, daha çox informasiya əldə edildikdə əlavə məlumat veriləcək.

Məlumata görə, Misir hərbi təyyarələri və xilasetmə xidməti itkin düşən təyyarənin axtarışına başlayıblar.

Parisdəki hava limanının administrasiyası və Fransanın mülki aviasiya idarəsi heç bir bəyanat verməyib.

Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)

“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Uca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1,2-ci ayələr)

Digər xəbərlər